ELM VƏ TƏHSİL
Pakistanın Kəraçi Universitetinin professoru Botanika İnstitutunun qonağı olub
Bakı, 10 sentyabr, AZƏRTAC
Pakistanın Kəraçi Universitetinin Panjvani adına Molekulyar Tibb və Dərman Tədqiqatları Mərkəzinin tərkibində fəaliyyət göstərən Kimyəvi və Bioloji Elmlər üzrə Beynəlxalq Mərkəzin professoru Atia-tul-Vahab Botanika İnstitutunda qonaq olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi müəssisənin direktoru professor Səyyarə İbadullayeva ilə görüş zamanı qonağa Botanika İnstitutunun tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, müştərək layihələri və əldə olunan nailiyyətləri haqqında məlumat verilib. Görüş ərəfəsində İslam Əməkdaşlıq Təşkilatının Elmi və Texnoloji Əməkdaşlıq üzrə Nazirlər Daimi Komitəsinin (COMSTECH) baş koordinatoru professor Muhammad İqbal Çoudhari müzakirələrə onlayn qoşulub. İnstitutlar arasında əməkdaşlığı gücləndirmək məqsədilə müzakirələr aparılıb. Həmçinin bu ilin dekabr ayında Pakistanda birgə konfransın keçirilməsinə qərar verilib.