Pakistanlı rektor ADU-nun 2 saylı tədris binasında tələbələrə mühazirə oxuyub
Bakı, 15 oktyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) 2 saylı tədris binasında Pakistan Müasir Dillər Universitetinin rektoru Məhəmməd Cəfər tələbələrlə görüşüb.
ADU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə elmi işlər üzrə prorektor Novruz Məmmədov qardaş Pakistan xalqının tarixi dostluğundan, millətlərin bir-birinə olan bağlılığından söhbət açıb. Qeyd olunub ki, İkinci Qarabağ müharibəsində dost Pakistan xalqı Azərbaycan xalqının haqq işində onun yanında olub və bunu bütün dünya görüb.
Daha sonra pakistanlı rektor Məhəmməd Cəfər tələbələrə mühazirə oxuyub. Pakistanın siyasi, mədəni və elmi nailiyyətlərindən bəhs edən videoçarx nümayiş olunub.
Görüşdə tələbələrin sualları cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:55]
Çinin Anhui Universitetinin nümayəndə heyəti BDU-da olub
- 16.06.2026 [13:23]
Valideynlərə yeni təmayül tədris modeli barədə məlumat verilib
- 16.06.2026 [12:55]
“Doktorantura” adlı metodik vəsait istifadəyə verilib
- 16.06.2026 [12:50]
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
- 16.06.2026 [12:45]
“Krım sevgisi” kitabının 2-ci cildi nəşr olunub
- 16.06.2026 [12:26]
BDU-da yaz imtahan sessiyası davam edir
- 16.06.2026 [12:02]