“PALANQA TURNİRİ”NDƏ İŞTİRAK EDƏCƏK AZƏRBAYCAN YIĞMASININ HEYƏTİ MƏLUMDUR
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, avqustun 18-də Litvada yeniyetmə futbolçular arasında start götürəcək beynəlxalq “Palanqa turniri”ndə iştirak edəcək Azərbaycan yığma komandasının heyəti məlumdur.
Baş məşqçi Yaşar Vahabzadə komandaya 20 futbolçunu - Səlahət Ağayev, Anar Məhərrəmov, Sərraf Yusifzadə, Amit Quluzadə, Orxan Həsənov, Fariz Məmmədov, Şəhriyar Xəlilov, Ramil Rəhimzadə, Vəfadar Quliyev, Cavid Musayev, Tanrıverdi Məhərrəmli, Pərviz Bayramov, Şamxal İbrahimov, Mirhüseyn Seyidov, Əli Qurbanlı, Niyaməddin Səmədov, Araz Abdullayev, Fərid Balaşzadə, Qara Qarayev və Kamil Nurəhmədovu cəlb etmişdir.
Yığma komandamız turnirdə ilk oyununu avqustun 18-də Kretinqa şəhərində İrlandiya komandasına qarşı keçirəcəkdir. Avqustun 19-da Palanqada Latviya millisi ilə qarşılaşacaq Yaşar Vahabzadənin yetirmələri, iki gün sonra həmin şəhərdə Rusiya komandası ilə görüşəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]