Papa Fransisk Vatikanda məşhur aktyor Silvester Stalone ilə görüşüb
Vatikan, 9 sentyabr, AZƏRTAC
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Vatikanda məşhur aktyor, prodüser və rejissor Silvester Stalone və ailə üzvlərini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Papa Fransisk Stalonenin Vatikana səfərindən məmnunluğunu bildirib, aktyora “sizin filmlərinizlə böyümüşük” deyib.
Silvester Stalone isə qəbul üçün Roma Papasına təşəkkür edib, baş rolda oynadığı əfsanəvi “Rokki” filmini xatırladıb.
Məşhur aktyor yumruqlarını sıxaraq Papa Fransiskə gülümsəyərək “boksa hazırsan?”, - deyə soruşub. Bunun cavabında isə Roma Papası Silvester Staloneyə yumruqlarını göstərib.
Qeyd edək ki, Silvester Stalone 1946-cı ildə Nyu-Yorkda dünyaya göz açıb və onun atası 1930-cu illərdə ABŞ-a mühacirət edən italyalı olub. Aktyor atasının anadan olduğu İtaliyanın cənub-şərqindəki Gioia del Colle qəsəbəsinin fəxri vətəndaşıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:06]
Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
- 30.09.2026 [07:03]
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
- 30.09.2026 [06:31]