“Paris-2024”də 2-ci yeri tutan Azərbaycan boksçusunun da medalı dəyişdiriləcək
Bakı, 17 mart, AZƏRTAC
“Paris-2024” Yay Olimpiya Oyunlarında fəxri kürsüyə qalxan daha bir Azərbaycan idmançısının qazandığı və sonradan aşınmaya məruz qalan medalı dəyişdiriləcək.
AZƏRTAC-ın əldə etdiyi məlumata görə, boksçu Alfonso Dominqesin (92 kiloqram) də medalı yararsız hala düşüb. O, yaxın günlərdə məsələ ilə bağlı Milli Olimpiya Komitəsinə müraciət edəcək. İdmançının medalı Fransaya göndəriləcək və yenisi ilə əvəz olunacaq.
Sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvilinin (125 kiloqram) Parisdə qazandıqları bürünc medallar isə normal vəziyyətdə olduğu üçün dəyişdirilməyəcək.
Xatırladaq ki, taekvondoçu Qaşim Maqomedovun gümüş və yunan-Roma güləşçisi Həsrət Cəfərovun bürünc medalları artıq yenisi ilə əvəz olunub. Medallar martın 20-dək Bakıya – Milli Olimpiya Komitəsinə göndəriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]