PARİS MERİYASINDA NOVRUZ BAYRAMI QEYD EDİLMİŞDİR
Bayram şənliyində respublikamızın xalq artisti Səkinə İsmayılovanın rəhbərlik etdiyi muğam qrupu da çıxış etmişdir. Ecazkar səsə malik müğənninin ifasında səslənmiş xalq mahnıları və təsniflər sürəkli alqışlarla qarşılanmışdır. Şənliyə toplaşanlar Səkinə xanıma qoşularaq, onunla birlikdə xalq mahnılarımızı oxumuşlar. Müğənnini tarda Zümrüd Şıxəliyeva, kamançada Mehriban Həmzəyeva müşayiət etmişlər. Sonra qızlarımız milli rəqslərimizi ifa etmişlər. Salonda dəfələrlə eşidilən “Yaşa Azərbaycan!” nidaları musiqi və rəqslərimizə fransızların xüsusi marağından xəbər verirdi.
Milli adət-ənənələrimizin bir nümunəsi kimi salonda qoyulmuş bayram xonçası ətrafına toplaşmış fransızlar öz maraqlarını və heyrətlərini gizlətməyərək, zəngin mətbəximiz barədə öz ürək sözlərini bildirmişlər.
Azərbaycanın Fransadakı səfirliyi muğam qrupunun səfərinin, Azərbaycan diasporu nümayəndələrinin və burada təhsil alan tələbələrimizin bayram şənliyində iştirakının təşkilində yaxından iştirak etmişdir.