Paytaxtda bəzi marşrut xətlərinin hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı, 4 mart, AZƏRTAC
Martın 4-də Xudu Məmmədov küçəsi ilə Vunqtau küçəsinin kəsişməsindən “Həzi Aslanov” metro stansiyası istiqamətində aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu səbəbdən M1, M2, M6 və 104 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri aşağıda göstərilən qaydada müvəqqəti dəyişdirilib.
- M2 nömrəli ekspres marşrut “Həzi Aslanov” metro stansiyası istiqamətində “Ukrayna dairəsi” - Vunqtau küçəsi - Sadıqcan küçəsi - Xudu Məmmədov küçəsi - Məhəmməd Hadi küçəsi daha sonra öz hərəkət sxemi üzrə;
- M1, M6 nömrəli ekspres marşrut “Həzi Aslanov” metro stansiyası istiqamətində “Ukrayna dairəsi” - Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə, daha sonra öz hərəkət sxemi üzrə;
- 104 nömrəli müntəzəm marşrut “Həzi Aslanov” metro stansiyası istiqamətində Gəncə prospekti - Vunqtau küçəsi - “Ukrayna dairəsi” - Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə, daha sonra öz sxemi üzrə hərəkəti müəyyən edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]