Paytaxtda iki yol kəsişməsində yeni svetoforlar quraşdırılıb
Bakı, 21 iyul, AZƏRTAC
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) əməkdaşları paytaxtın Nəsimi rayonu, Fikrət Əmirov və 28 May küçələrinin kəsişməsində monitorinq keçiriblər.
NİİM-dən AZƏRTAC-a verilən məlumata görə, tədbirlər zamanı qeyd olunan nizamlanmayan yolayrıcında qəzaların baş verdiyi, nəqliyyat sıxlığının və piyadalar üçün təhlükəli vəziyyətin yarandığı nəzərə alınaraq yolda yeni nəqliyyat svetoforları quraşdırılıb. LED işıqlandırma ilə təchiz edilən svetoforlarda piyada bölmələri də istifadəyə verilib. Bununla da mövcud problem aradan qalxıb.
Bundan əlavə, mərkəz tərəfindən Yasamal rayonu, Bakı Kənar Dairəvi yolunun Məhəmməd Xiyabani küçəsi ilə kəsişməsində də yeni svetofor obyektləri istifadəyə verilib. Nəticədə qəza riskləri azaldılıb, həmçinin piyadaların hərəkəti daha təhlükəsiz təşkil olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [11:34]
DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir
- 30.09.2026 [11:23]
Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib
- 30.09.2026 [11:12]
BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib
- 30.09.2026 [11:06]
DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub
- 30.09.2026 [11:04]