Paytaxtın ictimai nəqliyyatında kart-ödəniş sistemi gələn ilin mart ayından tam tətbiq olunacaq
Bakı, 26 noyabr, Samirə Quliyeva, AZƏRTAC
Gələn il martın 1-dən paytaxtın ictimai nəqliyyatda kart-ödəniş sisteminin tam tətbiqi həyata keçiriləcək.
Bu barədə nəqliyyat nazirinin müavini Musa Pənahov jurnalistlərə müsahibəsində məlumat verib.
“Kart sisteminin tam tətbiqi üçün hazırlıq işləri davam etdirilir. Bakıda keçiriləcək Avropa Oyunlarınadək nəqliyyatda elektron ödəmə sistemi həyata keçiriləcək. İstəyirik ki, ictimai nəqliyyatda bank kartlarından da istifadə olunsun” - deyə nazir müavini qeyd edib.
M.Pənahov bildirib ki, yeni sistemə keçid qiymətlərə təsir etməyəcək. Sərnişindaşımada qiymətlərin artımına gəlincə isə, bu məsələ hələ ki, gündəlikdə deyil.