Pedaqoji Kollecdə tədbir: 30 il həsrət – 30 il zəhmət
Bakı, 25 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 30 ildən artıq fəaliyyət göstərmiş müəllimlərlə “30 il həsrət - 30 il zəhmət” mövzusunda görüş keçirilib. Tədbir Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə və Vətən müharibəsindəki tarixi Qələbəmizə həsr olunub.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Müzəffər Ali Baş Komandanın yorulmaz əməyi sayəsində Azərbaycanın sosial-iqtisadi sahədə, dövlət quruculuğunda və beynəlxalq aləmdə qazandığı uğurlardan, Vətən müharibəsindəki tarixi Qələbəmizdən bəhs edilib.
İfa edilən müxtəlif şeir, rəqs və mahnılar, II Qarabağ müharibəsi ilə bağlı videoçarxlar tədbir iştirakçılarında xoş ovqat yaradıb.
Birinci Qarabağ müharibəsində Zəngilandan məcburi köçkün düşmüş bir müəllimin həyat hekayəsindən bəhs edən tamaşa maraqla qarşılanıb.