Pedaqoji Universitet yeni ixtisaslara qəbul elan edir
Bakı, 16 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) bütün sahələr üzrə yüksəkixtisaslı pedaqoji kadr hazırlamaq missiyasına uyğun olaraq, ilbəil yeni ixtisaslar üzrə kadr hazırlığını genişləndirir, təhsildə ən müasir innovativ texnologiyaları tətbiq edir.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, cari tədris ilindən bakalavriat səviyyəsi üzrə iki yeni ixtisas, bir ixtisasda isə yeni bölmə, magistratura səviyyəsində bir yeni ixtisaslaşma üzrə qəbul aparılacaq.
Bakalavriat üzrə "Türk dili və ədəbiyyatı müəllimliyi", "Rus dili və ədəbiyyatı müəllimliyi", "Xarici dil müəllimliyi (ingilis dili)", magistratura üzrə isə "Menecment (ali təhsilin təşkili və idarə olunması)" ixtisaslaşması aparılacaq. Qəbul Azərbaycan və rus bölməsi üzrə keçiriləcək.
Qeyd edək ki, artan tələbatı nəzərə alaraq, ADPU-nun 2023/2024-cü tədris ili üçün ümumi qəbul planı da ötən tədris ilinə nisbətdə 100 yer artırılaraq 2570 nəfərə çatdırılıb.
Xatırladaq ki, ötən il ADPU-nun qəbul planı 100 faiz dolub. Universitetdə bakalavriat səviyyəsi üzrə 24 ixtisasda, magistratura səviyyəsi üzrə 28, doktorantura səviyyəsi üzrə isə 33 ixtisaslaşmada kadr hazırlığı həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]