Pekin “iPhone” qurğularının qadağan olunması barədə xəbərləri təkzib edib
Bakı, 13 sentyabr, AZƏRTAC
Çin “iPhone” qurğularının alınmasına və istifadəsinə heç bir qadağa qoymayıb.
AZƏRTAC xəbər verir ki, “The Wall Street Journal” qəzeti bu barədə ÇXR Xarici İşlər Nazirliyinin nümayəndəsi Mao Ninə istinadla məlumat yayıb.
Mao Nin, həmçinin “Apple” smartfonlarının təhlükəsizliyi ilə bağlı müxtəlif insidentlər barədə mediada mütəmadi yayılan xəbərlərə diqqət çəkib. Onun sözlərinə görə, Çin hökuməti yerli və ya xarici kompaniyalar tərəfindən istehsal edilməsindən asılı olmayaraq, informasiya və kibertəhlükəsizliyə böyük əhəmiyyət verir.
Bir müddət öncə KİV-də çinli məmurlara “iPhone” qurğularını özləri ilə iş yerlərinə gətirməyin və orada istifadə etməyin qadağan olunduğu barədə məlumatlar yayılmışdı.
Qeyd edək ki, “Apple” kompaniyası son maliyyə ilində gəlirlərinin 19 faizini Çin bazarından əldə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]
Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər
- 30.09.2026 [16:52]