Pekin Rusiya hərbçilərinin Çində təlim keçdiyinə dair iddiaları rədd edib
Bakı, 6 iyul, AZƏRTAC
Pekin bazar ertəsi günü Rusiya hərbçilərinin Ukrayna müharibəsi zamanı Çində təlim keçdiyinə dair iddiaları rədd edib.
AZƏRTAC xəbər verir ki, Çinin dövlət mediasının məlumatına görə, Pekinin bu açıqlaması Almaniyanın məsələ ilə bağlı narahatlığını ifadə etməsindən sonra verilib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin Pekində jurnalistlərə bildirib: “Çinin Almaniyadakı səfiri bu yaxınlarda Almaniya Xarici İşlər Nazirliyinin rəsmiləri ilə onların xahişi ilə görüşüb. Görüş zamanı tərəflər arasında Çin-Almaniya münasibətləri və qarşılıqlı narahatlıq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb”.
Berlin ötən həftə Çin səfirini sözügedən məsələ ilə bağlı təcili görüşə çağırıb.
Mao Nin bildirib ki, Çin artıq öz mövqeyini aydın şəkildə bildirib və saxta xəbərlər əsassızdır. “Onlar Çini ləkələmək məqsədi daşıyır və tamamilə uydurmadır”, - deyə o vurğulayıb.
Çinin “Global Times” qəzetinin məlumatına görə, XİN sözçüsü Berlin görüşü ilə bağlı suala cavabında bildirib ki, həmin danışıqlarda Rusiya əsgərlərinin Çində təlim keçdiyi iddia edilən xəbərlərə diqqət yetirilib.
Mao Nin əlavə edib: “Ukrayna böhranı ilə bağlı Çin ardıcıl olaraq obyektiv və qərəzsiz mövqe tutub, münaqişənin siyasi həllinin təşviqinə sadiq qalıb, həmçinin sülh danışıqlarını özünəməxsus şəkildə təşviq etməyə davam edib. Almaniya Çinin mövqeyinə obyektiv və rasional şəkildə yanaşmalıdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.07.2026 [15:00]
Sarı dəniz sahilində Çin-Rusiya birgə təlimi keçirilir
- 06.07.2026 [14:45]
UNICEF: Sudanda son altı ayda 300-dən çox uşaq öldürülüb
- 06.07.2026 [14:24]
Fransada polis bir neçə nəfərə bıçaqla hücum edən şəxsə atəş açıb
- 06.07.2026 [14:09]
Bukinqem Sarayı: Şahzadə Harri Londona səfəri zamanı sarayda qalmayacaq
- 06.07.2026 [14:02]
Ankarada NATO sammiti üçün TOGG elektromobilinin limuzin modeli hazırlanıb
- 06.07.2026 [13:22]
Çin sualtı qayıqla qitələrarası raketin sınaq buraxılışını həyata keçirib
- 06.07.2026 [13:13]