Pekində Azərbaycan səfirliyinin binası üzərində iri dövlət bayrağımız asılıb VİDEO
Pekin, 9 noyabr, AZƏRTAC
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə ölkəmizin Çindəki səfirliyinin yeni binasının üzərində Azərbaycanın dövlət bayrağı asılıb.
AZƏRTAC xəbər verir ki, bundan başqa, ingilis və Çin dillərində "Qarabağ Azərbaycandır!" sözləri yazılan iri banner də binanın üzərində asılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin