PELE ÜMİD EDİR Kİ, BRAZİLİYANIN DÜNYA ÇEMPİONATINDA UDUZMASI ONA DƏRS OLACAQ
Pele demişdir: “Həyatda gərək qalib gəlməyi də, uduzmağı da bacarasan. Ümidvaram ki, bu dünya çempionatı növbəti birinciliklər zamanı parlaq nümunə olacaqdır”. “Futbol şahı” xatırlatmışdır ki, 1966-cı il dünya çempionatında onun da oynadığı komanda hətta seçmə qrupundan da çıxa bilmədi, əvəzində dörd il sonra dünya çempionu oldu.
Əfsanəvi futbolçu qalib adına əsas namizəd sayılan komandanın məğlubiyyətinin mümkün səbəblərindən danışaraq bildirmişdir ki, “psixoloji təzyiq”, müvafiq fiziki və taktiki hazırlıq üçün vaxt çatışmazlığı, ilk növbədə, çox yüksək texniki səviyyəli oyunçuların səmərəliyinin aşağı olması komandanın mübarizəni dayandırmasının əsas amilləri idi.
Üç dəfə dünya çempionu həmçinin xəbərdarlıq etmişdir ki, Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının versiyası üzrə son iki ildə dünyanın ən yaxşı futbolçusu olan Ronaldinyu kimi ayrı-ayrı oyunçuları qınamaq lazım deyildir. İspaniyanın “Barselona” klubunun yarımmüdafiəçisindən sehrli oyun gözləyirdilər, o isə bir qol da vurmadı.