İQTİSADİYYAT
Peşə bayramı münasibətilə RİNN kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər






Bakı, 6 dekabr, AZƏRTAC
6 dekabr - Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibətilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib.
AZƏRTAC xəbər verir ki, ziyarət iştirakçıları Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə gül dəstələri düzülüb.
Daha sonra nazirliyin kollektivi Şəhidlər xiyabanında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları önünə güllər qoyublar.