Peter Siyarto: Macarıstan Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalarını dəstəkləməyəcək
Bakı, 14 aprel, AZƏRTAC
Macarıstan enerji təchizatı sahəsində Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyalarını dəstəkləməyəcək.
AZƏRTAC xəbər verir ki, Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bu barədə Lüksemburqda Avropa İttifaqı ölkələrindən olan həmkarları ilə görüşdən sonra deyib.
Nazir görüşdə Rusiyaya qarşı böyük 17-ci sanksiyalar paketi layihəsinin müzakirə olunduğunu və tədbirə videobağlantı vasitəsilə qoşulan Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın “Rusiyanın enerji resurslarına və nüvə sənayesinə qarşı sanksiyaların tətbiqini tələb etdiyini” vurğulayıb.
“Avropa İttifaqından bir neçə həmkarımız bu tələblərə qoşulub. Biz bunu heç bir şəkildə dəstəkləməyəcəyik”, - deyə Peter Siyarto M1 telekanalına müsahibəsində deyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]