PETERBURQLULAR ƏN BÖYÜK SEVGİ MƏKTUBUNU İMZALAYACAQLAR
Bu layihənin təşkilində iştirak edən Svetlana Azernikova demişdir ki, dünyanın ən böyük sevgi məktubunu imzalamaq istəyənlərin hamısı Petropavlov qalasında toplaşacaqdır. Layihənin təşkilatçıları 2003-cü ilin rekordunu vurmağa cəhd edəcəklər.
Svetlana demişdir: “2003-cü ildə Birləşmiş Ərəb Əmirliklərində dünyada ən böyük - 9x12 metr ölçülü məktub tərtib olunmuşdur. Onun xüsusi istiyədavamlı materialdan hazırlanmasına 9 ay sərf edilmişdir. Məktub şeyx Zahid Əl Nəhyana ünvanlanmışdı”.
Peterburq məktubu “Mitki” rəssamlar birliyi tərəfindən yaradılmış “Estelə məktub” əsəri əsasında tərtib edilmişdir və müasir peterburqlunun parisli qıza sevgisinə həsr olunmuşdur.
Hər kəs Petropavlov qalasına gələrək məktubda sevgilisinə, yaxınlarına, dostlarına və doğmalarına məhəbbətini ifadə edə bilər. Məktubu imzalayanlar rekord barədə sertifikat alacaqlar.
100 kiloqramlıq məktubun gələcək taleyi qismən adi poçt açıqcasının taleyini təkrarlayacaqdır. Vərəq tam doldurulduqdan sonra zərfə qoyulacaq, möhür vurulacaq, marka yapışdırılacaqdır.
Məktub Mərkəzi Rabitə Muzeyinə göndərilməzdən əvvəl Petropavlov qalasının üstünə qaldırılacaqdır.