“Piyadalar, diqqətli olun!” adı altında təhlükəsizlik həftəsi başlayıb
Bakı, 26 aprel, AZƏRTAC
Görülən qabaqlayıcı tədbirlərlə ölkəmizdə piyada vurma hadisələrinin, həmçinin bu hadisələr zamanı ölən və yaralananların sayı əvvəlki illərlə müqayisədə azalsa da, piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin, eyni zamanda yol hərəkəti qaydalarının məhz piyadalar tərəfindən pozulması hallarının qarşısının alınması istiqamətində görülən inzibati tənbeh və təbliğat tədbirlərinin, xüsusilə azyaşlılar və gənclər arasında aparılan maarifləndirmə işinin daha da gücləndirilməsinə ehtiyac duyulur.
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bu səbəbdən respublika ərazisində bu gündən başlayaraq mayın 3-dək “Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyinin keçirilməsinə başlanılıb. Tədbir çərçivəsində piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına qarşı nəzarət-profilaktiki tədbirlərin artırılması ilə yanaşı, hərəkət marşrutlarında yol şəraitinin müayinə olunması, müvafiq yol nişanlarının qoyulması, nişanlanma xətlərinin çəkilməsi və ya onların yenilənməsi, eləcə də ölkədə mövcud olan sanitar-epidemioloji vəziyyət nəzərə alınmaqla kütləvi informasiya vasitələri və ictimai təsisatlarla birgə əhali arasında maarifləndirilmə və təbliğat-təşviqat işinin canlandırılması nəzərdə tutulur.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün piyadaları diqqətli və intizamlı olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə dəvət edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]
DİN: Yeddi evdən 5800 manat dəyərində avadanlıq oğurlayan şəxs tutulub
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]