Polis əməkdaşı kempo üzrə dünya çempionatında ikinci olub
Bakı, 11 may, AZƏRTAC
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin axtarış bölməsinin inspektoru, polis baş leytenantı Vüsal Qələndərov kempo üzrə XVI dünya çempionatında və dünya kubokunda uğurla çıxış edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, İspaniyanın Qvadalaxara şəhərində keçirilən çempionatda 67 ölkədən 1300 idmançı mübarizə aparıb. Kempo yığma komandamız çempionata 7 idmançı və 2 məşqçi ilə qatılıb. Komandamızın üzvü Vüsal Qələndərov nokdaun versiyasında kişilər arasında 95 kiloqram çəki dərəcəsində ikinci yeri tutub.
İdmançılarımız ümumi hesabda üç qızıl və dörd gümüş medalla Vətənə qayıdıblar.