Azərbaycan Dövlət İnformasiya Agentliyi

Politoloq: Ermənilərin müharibə cinayətlərinə, uşaqları qətlə yetirmələrinə ciddi beynəlxalq reaksiya göstərilməlidir

Politoloq: Ermənilərin müharibə cinayətlərinə, uşaqları qətlə yetirmələrinə ciddi beynəlxalq reaksiya göstərilməlidir

Bakı, 29 oktyabr, AZƏRTAC

“Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” deyən dahi Heydər Əliyevin bu arzusunu bu gün Prezident İlham Əliyev “Şuşasız işimiz yarımçıq qalar” deyərək reallaşdırır. Onun siyasətinin layiqli davamçısı, Azərbaycan xalqının mərd oğlu İlham Əliyev bu gün torpaqlarımızı azad edir. Dövlətimizin başçısı tariximizin son 200 ilində ölkəsinin işğal edilmiş ərazilərini azad edən yeganə dövlət başçısıdır. Bəli, son iki yüz ildə ilk dəfədir ki, torpaqlarımız işğaldan azad olunur. Xalqımızın qeyrətli, mərd oğulları Xocalı soyqırımını törədənləri məhv edir, ilanı elə yuvasındaca boğur. Bu gün Azərbaycan Ermənistana yalnız döyüş meydanında yox, diplomatik və informasiya cəbhələrində də qalib gəlir. Bu gün Prezident İlham Əliyev bütün istiqamətlərdə Müzəffər Ali Baş Komandan vəzifəsini ən yüksək səviyyədə icra edir. Döyüş bölgəsində qalan hərbçilərinin cəsədlərinə də sahib çıxmaqdan imtina edən Ermənistanın terror siyasəti isə davam edir... Ordumuzun uğurlarını, qələbələrini, həmçinin öz məğlubiyyətlərini həzm edə bilməyən Ermənistanın cinayətkar hakimiyyətinin Bərdə şəhərinə raket hücumu, nəticədə 20-dən çox dinc insanın həlak olması, 70-dən artıq mülki şəxsin yaralanması Azərbaycan xalqına qarşı erməni vandalları tərəfindən törədilən növbəti qətliamdır. Bu, Xocalı soyqırımının davamıdır… Lakin buna baxmayaraq, düşmənin cinayətləri, mülki şəxslərimizi atəşə məruz qoyması Azərbaycan xalqının əzmini sındıra bilməz. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuz düşmənin cavabını verir, verəcək də. Artıq onlar məğlub olduqlarını anladıqları üçün bu cür şərəfsiz və alçaq əməllərə al atırlar. Bu səbəbdən də daha çox insanı qətlə yetirmək üçün qəsdən mülki əhalinin sıx olduğu əraziyə beynəlxalq qanunlarla qadağan edilmiş kasetli raket atəşi açdılar. Ermənilərin bu cür cinayətlərinə, uşaqları qətlə yetirməsinə kifayət qədər ciddi beynəlxalq reaksiya göstərilməlidir. Düşmən qınanmalı, bəşəri cinayətlərinə görə ittiham olunmalı, dayandırılmalıdır. Ermənilərin növbəti təxribatına baxmayaraq, dünyanın susqunluğu onları daha da azğınlaşdırır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Politoloq bildirib: “Ermənistan əmin olsun ki, Azərbaycan Ordusu döyüş meydanında bu cinayətlərin qisasını çox ağır şəkildə alır və bundan sonra da alacaq. Belə alçaq əməllər, əslində, bəşəriyyətə qarşı atılan addımdır. Terroru dövlət siyasəti səviyyəsinə qaldıran işğalçı Ermənistan hərbi təcavüzə və müharibə cinayətlərinə son qoymalı, onun məqsədli müharibə cinayətləri beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər, ümumilikdə beynəlxalq aləm tərəfindən şiddətlə qınanmalıdır. Qana susayan erməni cəlladlarının, cinayətkarlarının əli ilə daha neçə məsum körpəmiz və günahsız insanımız ölməlidir ki, bu cinayətləri, vəhşilikləri dinməzcə seyr edən dünya birliyi bu susqunluğa son qoysun? Axı hansı müqəddəs kitabda, yazılan və yazılmayan qanunlarda var ki, ata övladının çölə dağılmış içalatını öz əlləri ilə yığacaq, sonra da aparıb onu torpağa tapşıracaq. Bu, insanlığı sınağa çəkməkdir. Bu, varlıqla yoxluğun sınağa çəkilməsidir. Bu, haqqın nahaqdan üzüldüyü nazik sapdır. Tək bir sözlə, bu, Ermənistan rəhbərliyinin uşaq öldürmək siyasətidir.

1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının müddəaları ilə yalnız yaralı və xəstələrin deyil, həmçinin əlillərin, ahılların, 15 yaşınadək uşaqların, hamilə və 7 yaşınadək uşağı olan qadınların müharibənin mənfi təsirlərindən qorunmasına yönələn kompleks tədbirlər təsbit edilib. Konvensiyaya görə, bu şəxslərin həyatına və fiziki toxunulmazlığına qəsd etmək, öldürmək, şikəst etmək, amansız davranmaq, işgəncə vermək, əsir götürmək, ləyaqətinə toxunmaq qadağandır. Ermənistan isə bunların heç birinə əməl etmir. Bu kimi iyrənc əməllər də nə babasına, nə dədəsinə, nə soyuna-kökünə aid olmayan Cıdır düzündə yallı gedən xislətsiz Paşinyana xasdır. Mənim olmayana mənim demək, sənin olanı öldürmək onun üçün adidir… Bəli, uşaqların, məsum körpələrin ölümü Ermənistan üçün adidir. Bəli, yetkinlik yaşına çatmayan uşağın əlinə silah verib cəbhəyə göndərən hakimiyyət üçün bu adidir, normaldır. Beynəlxalq konvensiya, qadağan olunmuş silahlar, uşaq cinayəti… Bəli, bunların hamısı hüquq elminə aiddir, dərslikdir sanki, qaydadır, qanundur, axı insanlıq da var, humanizm də. Burada isə bir məsələ yadıma düşür. Əhalisinin 98 faizi ermənilərdən ibarət olan, digər xalqları öz içərisində yaşada bilməyən bir xalqdan, dövlətdən danışırıq axı… Azərbaycanda bu gün tat, avar, rus, gürcü, ləzgi, talış, molokan, yəhudi və s. unutdum, az qala unutdum, hətta erməni, bəli-bəli hətta erməni belə eyni şərait və imkanlarla təmin olunaraq yaşayır. Ermənistan isə terror siyasətini nəinki digər bir dövlətə tətbiq edir, eyni zamanda, digər xalqlara da öz sərhədləri çərçivəsində zülm edir. Axı yəhudiləri iblisləşdirən, onlara “mədəni zorakılıq” tətbiq edən dövlətdən söhbət gedir.

Digər xalqı əzmək, öz uşağını güllə önünə atmaq, başqa xalqın uşağına güllə atmaq, elə bilirsiniz bunlarla bitir..? Bu xalq həm də mahir şoumen, ya da şouvumen imiş…”

Şəbnəm Həsənova vurğulayıb ki, işğalçı, uşaq qatili, terrorçu baş nazir Paşinyanın özü kimi də təlxək, qana susayan “cəngavər” Annası qadınlardan ibarət döyüş dəstəsi yaradır və təlimlərə başlayır. Bu isə Ermənistan ordusunda vəziyyətin nə dərəcədə acınacaqlı olması ilə yanaşı, digər mətləblərdən də xəbər verir.

Birincisi, ölkədəki vəziyyət o dərəcədə ağır, ordu da bir o qədər nəfəssiz və oksigensiz qalıb ki, Paşinyan arvadını bir neçə qadınla döyüş bölgəsinə göndərməyə məcbur olur. Aydın mənzərədir ki, erməni ordusu döyüşmək üçün nəinki kadr potensialından, bütövlükdə kişi baxımından əziyyət çəkir. Ölkədə kişi də yoxdur ki, qabağa dursun və səngərdə sinəsini sipər etsin. Axı həm də “Mənim olmayan torpaq üçün sinəmi niyə sipər edim, həyatımı qurban verim” sualını da rasional düşüncəli insan özü üçün sual edir. Müqayisəli şəkildə desək bu gün Azərbaycan əsgəri bilir ki, o, konkret olaraq öz dədə-baba torpağı uğrunda döyüşür. Erməni əsgərində isə mücərrəd bir düşüncə var. O, niyə və nəyin uğrunda döyüşdüyündən xəbərsizdir. Çünki bilir ki, vuruşduğu döyüş Paşinyanın, onun ailəsinin, hakimiyyətinin, havadarlarının öz şəxsi maraqlarına və ambisiyalarına xidmət edən, onun həyatını mənasız yerə ondan alan bir döyüşdür. Bu döyüş ona məxsus olmayan tarixi Azərbaycan torpağındadır. Elə buna görə də bu gün Ermənistan ordusunda əmrə tabe olmama, fərarilik halları durmadan artır. Aydın məsələdir ki, heç müaqayisəyə belə gəlməz. Amma qeyd olunmalıdır ki, bu gün Azərbaycan qadının ən mükəmməl nümunəsi, siması və sanki Azərbaycan qadını kitabının üz qabığı olan birinci xanım Mehriban Əliyeva hər bir Azərbaycan oğlunu, əsgərini öz balası sayır, xalqa hər müraciətində hər bir əsgərimizin həyatı və sağlamlığı üçün dua etdiyini, şəhid analarının acısını bir ana kimi bölüşdüyünü deyir və dünyaya sülh çağırışları edib sülh toxumları səpir, bu təlxək Akopyan isə belə yaramaz, şou xətrinə işlərlə məşğul olur. Şəhid anaları ilə görüşdə “Mən bir ana kimi sizin qarşınızda baş əyirəm” deyən Mehriban Əliyeva ismətin, ləyaqətin daşıyıcısı və carçısıdır. Uşaqlara olan sevgisi və mehribanlığı isə qayğıya ehtiyac duyan hər azyaşlıya ən incə cavabdır, isti qucaqdır... Tarix boyu, qadınlar sülh elçisi olublar, qan tökülməsinin qarşısının alınması məqsədilə dünyaya sülhsevər mesajlar, çağırışlar ediblər. Əgər illər sonra tarix kitablarında qadın məğrurluğundan danışılacaqsa, Akopyan tarixin tozlu səhifələri arasında itib-batacaq... Döyüşlərdə ölmüş erməni əsgər analarında bu kimi hərəkətlərin nə qədər qıcıq, ikrah və nifrət doğurduğu da aydın məsələdir. Bundan əvvəl də Akopyan təlimlərə qatılmışdı. Ancaq Tovuz döyüşlərinə Azərbaycan qadınlarını sülhə səsləyən bu “qadın” bu gün əlinə silah alıb “vətən müdafiəsi”nə qalxıb. “Qadınlar sülh uğrunda” təşkilatının müəllifi Akopyanı sülhdən uzaq düşməyə vadar edən səbəb isə heç şübhəsiz ki, hazırda erməni ordusunun acınacaqlı durumudur. Bu dövlətin nəinki hərbi-siyasi rəhbərliyi, eyni zamanda, qadın ləyaqəti də cinayətkarlıqdan əziyyət çəkir. Bu məxluq, əslində, qadın sözünə böyük bir ləkədir. Bu kimi hərəkətlər, əslində, Paşinyanın ailəsinin və ailə dəyərlərinə yanaşmasının mahiyyətini də bütün çılpaqlığı ilə ortaya qoyur. Həm də axı bu ailənin psixoloji vəziyyəti də normal deyil. Bir müddət əvvəl sosial şəbəkədə “Boş xəyallarımız və ümidlərimiz puç oldu” statusu yazan Paşinyanın qızının bu hərəkəti də ölkə ictimaiyyətində kifayət qədər narazılıq, eyni zamanda, ümidsizlik toxumları səpmişdi ki, birinci ailəyə münasibətin son dərəcə arzuedilməz olduğunu daha qabarıq şəkildə gözlər önünə gətirmişdi. Bu açıqlama həm də onun atası Paşinyanın qorxu və xof içində olduğundan xəbər verirdi. Necə deyərlər, “Balıq başından iylənər” prinsipi burada tam yerinə düşür. Ölkənin birinci ailəsi cəmiyyətdə qızının simasında belə bədbin, həyat yoldaşının simasında isə belə ikrah doğuran bir imic formalaşdırıbsa, ölkədə hansı döyüş ruhu, motivasiyası olsun? Əlbəttə ki, heç bir! Adı siqaret qaçaqmalçılığında, digər qeyri-qanuni əməllərdə hallanan, qardaşı haqqında yayılan xəbərlərdən utanmayan Akopyan belə hallarla özünü göstərir. Siyasi elita milli maraqları kənara qoyaraq, artıq məhv olduqlarını da anlayaraq bu kimi şou xarakterli əməllərə əl atır. Sülhə zərbə vuran bu hərəkətlər isə hər kəsdə hiddət doğurur. Bu baxımdan da artıq erməni cəmiyyəti də ümidsizlik içindədir. Orduda da kütləvi şəkildə ölümlər var. Paşinyan isə medianı nə qədər məhdudlaşdırsa da, erməni cəmiyyəti sosial şəbəkələr vasitəsilə real durumdan xəbərdardırlar. Ona görə də erməni cəmiyyəti nə qədər gec deyil anlamalıdır ki, təlxək Paşinyanın və onun ailəsinin məntiqsiz addımları nəticəsində uçuruma getməmək üçün təslim olmalıdır.

Politoloq bildirib ki, məğlubiyyəti ilə barışmaq istəməyən, cəbhədə əldən verdiyi strateji mövqelərin, sarsıdıcı itkilərinin əvəzini dinc sakinləri qətlə yetirməklə, yaşayış məntəqələrini qadağan olunmuş silahlarla dağıtmaqla çıxmağa çalışan işğalçı ölkə, onun səriştəsiz baş naziri Paşinyan, bütövlükdə Ermənistanın hərbi-siyasi rəhbərliyi mütləq cəzalandırılmalıdır. Bu insanlar mütləq qaydada hərbi tribunala cəlb olunmalı, törətdikləri əməllərə görə öz cəzalarını almalıdırlar. Azərbaycan hazırda bu məsələlərlə bağlı diplomatik, siyasi və digər bütün istiqamətlər üzrə fəal iş aparmaqdadır. Əgər beynəlxalq təşkilatlar əli günahsız insanların və məsum uşaqların qanına bulaşmış cinayətkarları lazımınca qiymətləndirməsələr, Ermənistana müvafiq cəza tədbirləri tətbiq etmək istəməsələr, Azərbaycan özü bunu edəcək. Şəhidlərimizin qanı yerdə qalmayacaq. Azərbaycan Ordusu döyüş meydanında erməni işğalçılarının layiqli cavabını verir, bundan sonra da verəcək. Son Bərdə hadisələri Ermənistanın vandalizminin, barbarlığının, terrorizminin əyani sübutu idi. Azərbaycana qarşı, sadəcə, bir güllə atan erməni ya bu mərhələdə, ya da bundan sonrakı dövr ərzində mütləq cəzasını alacaq.

“Bu gün ən mübariz və ən məğrur insan Müzəffər Ali Baş Komandanımızdır. Prezident İlham Əliyev hər zaman, eləcə də Ermənistanın hərbi təxribatlarına qarşı başlanan son əks-hücum əməliyyatlarının gedişində yenilməz siyasi iradə, əzm, qətiyyət, prinsipiallıq nümayiş etdirdi, düşmən ölkənin havadarları olan dövlətlərin və böyük güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etdi. Bu gün ən mərd xalq Azərbaycan xalqıdır. Böyükdən kiçiyə hamı mərddir, məğrurdur, mübarizdir. Şəhid olan Mübarizimiz kimi…

Bir daha sübut olundu ki, Azərbaycanın milli maraqları Prezident İlham Əliyev üçün ən ali dəyərdir. Bütün dünya ağır zərbələr alaraq diz üstə çökdürülən Ermənistanın baş nazirinin hərbi əməliyyatların dayandırılması üçün müraciət etmədiyi ünvan, döymədiyi qapı, yalvarmadığı lider qalmadığını gördüsə, eyni zamanda da Azərbaycan xalqının əzmini və ərazilərin işğaldan azad edilməsi üçün bütün xalqın Müzəffər Ali Baş Komandanın ətrafında səfərbər olduğunu gördü”, - deyə politoloq vurğulayıb.

Şəbnəm Həsənova deyib ki, Prezident İlham Əliyev yüksək diplomatik məharət və siyasi iradə nümayiş etdirərək bütün təzyiqlərə sinə gərir, onları neytrallaşdırır, yüz ölçüb, bir biçərək qərar verir və nəticədə müxtəlif dairələr tərəfindən Azərbaycana qarşı artan siyasi-diplomatik təzyiqlərin olmasına baxmayaraq, ərazi bütövlüyümüz təmin edilir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı özünü qürurlu, cəsarətli, yenilməz xalq kimi təsdiqləyir, Azərbaycan yeni tarix yazır, yeni reallıqları diktə edir.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır