Azərbaycan Dövlət İnformasiya Agentliyi

Politoloq: Qərb üçün əsas məsələ Ermənistan vasitəsilə hədəflərinə nail olmaqdır ŞƏRH

Politoloq: Qərb üçün əsas məsələ Ermənistan vasitəsilə hədəflərinə nail olmaqdır  ŞƏRH

Bakı, 3 avqust, AZƏRTAC

Son dövrlər Ermənistana edilən səfərlər, bu ölkəyə müxtəlif adlar altında yardımların göstərilməsi, Samanta Pauerin səfəri və qoltuğunda gətirdiyi beş milyonun ardınca Avropa Sülh Fondundan ayrılan milyonlarla avro dəyərində yardım, müxtəlif hərbi təlimlər adı altında ABŞ ilə Ermənistan arasında əməkdaşlığın davam etdirilməsi, Vaşinqtonun Ermənistan Müdafiə Nazirliyində xüsusi müşavirliyinin yaradılması haqda qərarlar təəssüf ki, Cənubi Qafqazda sülh prosesinin formalaşmasına xidmət göstərmək əvəzinə, qonşu ölkə cəmiyyətində revanşist əhvali-ruhiyyənin genişlənməsinə şərait yaratmaqla bərabər, regionda sülh münasibətlərinin qurulması, sülh müqaviləsinin imzalanması üçün ciddi təhdidlər formalaşdırır. Təbii ki, burada çox ciddi hədəflər, məqsədlər var. Bir sıra Qərb dairələri təəssüf ki, heç də Cənubi Qafqazda əmin-amanlığın, sülhün bərpa olunmasını qəbul etmək istəmirlər. Əksinə, onlar sülh münasibətlərinin formalaşmasını özlərinin neoimperialist maraqları üçün ciddi zərbə kimi qiymətləndirirlər. Məsələn, Yeliseyin, Ağ Evin Cənubi Qafqazla bağlı planlarında bölgənin sabitləşməsi, barış regionuna çevrilməsi onların qarşıya qoyduqları hədəflərlə tam ziddiyyət təşkil edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Anar Əliyev söyləyib.

Politoloq bildirib ki, əgər Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanarsa, Fransa, ABŞ kimi dövlətlərə və bəzi Avropa təsisatlarına, onların iki cəmiyyət arasında münasibətlərin normallaşması ilə bağlı ehtiyaca zərurət aradan qalxmış olacaq. Bunu yaxşı dərk edən həmin dairələr iki ölkənin münasibətlərini davamlı şəkildə nəzarət olunan gərginlikdə saxlamağa çalışırlar. Xüsusilə nəzərə alsaq ki, həmin dairələr Rusiya-Ukrayna müharibəsi planı ilə Rusiyanın Cənubi Qafqazdan sıxışdırıb çıxarılmasına ciddi şəkildə nail ola bilmədilər. Belə bir şəraitdə indiki şərtlər daxilində Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını qəbul etmək və bu cür şərtlərin reallaşmasına imkan vermək istəmirlər. Digər tərəfdən, bu gün Ermənistan cəmiyyətində revanşist düşüncəli, hansısa məchul zamanda Azərbaycanla yenidən müharibəyə başlamaq və Azərbaycanın işğaldan azad etdiyi torpaqların geri qaytarılması ümidinin formalaşdırılmasına xidmət edən addımlar atılır. Bugünkü yanaşmalar, eyni zamanda, aprelin 5-də absurd ABŞ-Avropa-Ermənistan formatı çərçivəsində keçirilən görüşlər, bu ölkəyə göstərilən yardımlar məhz gələcəyə ümidli əhvali-ruhiyyənin militarist, revanşist, işğalçı Ermənistan düşüncəsinin böyüməsinə, genişlənməsinə, alovlanmasına xidmət edən yanaşmadır. Qərbin buradakı başlıca hədəfi bölgədə davamlı olaraq münaqişə mühiti formalaşdırmaqla Azərbaycanın nəticə etibarilə Türkiyənin, digər region dövlətlərinin bölgədəki təsir imkanlarını zəiflətmək, özlərinin neqativ təsir mexanizmlərini daha da genişləndirmək və bunun vasitəsilə maraqlarını təmin etməkdir.

“Digər vacib məqamlardan biri təbii ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanacağı, sülh münasibətlərinin formalaşacağı təqdirdə, nəqliyyat kommunikasiya xətlərinin açılması, Zəngəzur dəhlizinin reallaşması olacaq. Neoimperialist Qərbdə vahid mövqe bundan ibarətdir ki, böyük istehsalçı cəmiyyət olan Çinin məhsullarının dünya bazarlarına, xüsusilə də Avropa bazarına çatdırılmasında çox mühüm xətt olan Orta Dəhlizin Zəngəzur qolunun Azərbaycanın, Türkiyənin, daha böyük mənada Rusiya və Çinin nəzarəti altında reallaşması ABŞ başda olmaqla, onun ətrafında birləşən kollektiv Qərbin qlobal güc iddialarına böyük zərbə vura bilər. Bu mənada hesab edirəm ki, bu gün Cənubi Qafqazda baş verən proseslər regional xarakterlə yanaşı, həm də geostrateji məna daşıyır. Təəssüf ki, bugünkü hadisələr heç də qlobal təhlükəsizliyə təhdid yaradan proseslərin aradan qaldırılmasına xidmət etmir. Tam əksinə, Qərb bölgədə sülh perspektivinin formalaşması imkanlarına zərbələr vurmaqla regionu yenidən qarışdırmaq, münaqişə, müharibə mühiti yaratmaq, bununla da “bulanıq suda balıq tutmaq daha rahatdır” prinsipi ilə öz maraqlarını, iddialarını rahat şəkildə həyata keçirmək istəyir”, - deyə politoloq vurğulayıb.

Həmçinin diqqətə çatdırılıb ki, Qərb dairələri bu gün Rusiyanın təsir dairəsindən tamamilə uzaqlaşdırmağa çalışdıqları Ermənistan cəmiyyətinə müəyyən şirnikləndirici vədlər verməklə burada az da olsa, qalan rusmeyilli təsəvvürləri, yanaşmaları tamamilə dəyişmək, Moskvanın bölgəyə təsir imkanlarını daha da azaltmağa çalışırlar. Bu istiqamətdə hətta Ermənistan vətəndaşlarının Avropaya vizasız gediş-gəlişinin təmin olunması, Ermənistana ciddi maliyyə və enerji dəstəyinin göstərilməsi kimi mühüm məsələlər göz önündədir. “Hesab edirəm ki, Ermənistan vətəndaşlarına Avropaya vizasız gediş-gəlişin təmin olunması, viza liberallaşdırılması kimi proseslərin başladılması bu dövlət üçün daha ciddi təhdidlər yarada bilər və yaradacaq. Çünki burada ən böyük zərbəni yenə Ermənistan cəmiyyəti almış olur. Məhz rahat viza və ya vizasız şəraitdə Avropaya gediş imkanı kifayət qədər ciddi demoqrafik problem yaşayan Ermənistanda insanların kütləvi köçünə gətirib çıxaracaq. Bəlkə də yüz minlərlə insanın Ermənistanı qısa müddətdə tərk etməsi ilə nəticələnəcək. Bu isə Ermənistanın gələcəyi üçün daha ciddi təhdidlər formalaşdıracaq. Qərb üçün əsas məsələ yenə də Ermənistan və onun problemlərinin həlli deyil, bu ölkə üzərindən öz hədəflərinə nail olmaqdır. Digər hədəflərdən biri təbii ki, ucuz işçi qüvvəsi əldə etmək və onların vasitəsilə Avropada son dövrlər özünü göstərən ciddi işçi probleminin müəyyən mənada aradan qaldırmaqdır. Təbii ki, burada bir məqsəd, hədəf də guya Avropanın, Qərbin öz müttəfiqlərinə qarşı sədaqətli olduğunu, davamlı ciddi addımlar atdığını, onları axıra qədər müdafiə etdiyini göstərməkdir. Amma təbii ki, nümunələr göz qarşısındadır. Həm 2008-ci il Gürcüstan hadisələri, həm 2014-2022-ci illər Ukrayna hadisələri hesab edirəm ki, Ermənistan üçün ciddi dərs olmalıdır. Ermənistan qonşularının başına gətirilənlərdən, yaşadığı faciələrdən, Qərbin bu hadisələrə sərgilədiyi münasibətdən, tutduğu mövqedən düzgün nəticə çıxarmalıdır. Nicatını, xilas yolunu Avropada, okeanın o tayında deyil, qonşularla xoş münasibətlərdə, Azərbaycan və Türkiyə ilə əlaqələrin qurulmasında tapmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Ermənistan üçün yol xəritəsi hesab olunacaq təkliflərlə çıxış edib. Düşünürəm ki, məhz dövlətimizin başçısının qeyd etdiyi beynəlxalq hüququn prinsiplərinə, haqqa, ədalətə, reallıqlara, reallığın şərtlərinə uyğun olan bu təklifləri düzgün dəyərləndirməklə Ermənistan, əslində, Cənubi Qafqaz ailəsinin bərabərhüquqlu bir üzvünə çevrilə, eyni zamanda, özü üçün perspektivdə formalaşa biləcək təhdidlərdən təhlükəsizlik çətiri qazana bilər. Burada başlıca rol məhz Azərbaycan və Türkiyədir. Bunu Ermənistan cəmiyyəti və dövləti düzgün dəyərləndirməyi bacarmalıdır”, - deyə A.Əliyev vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Politico”: Aİ kriptovalyuta əməliyyatlarına vergi tətbiqini nəzərdən keçirir

“Panasonic” yanğın təhlükəsi səbəbindən 640 min paltaryuyan maşını geri çağırır

“El-Ninyo” əvvəlcədən proqnozlaşdırıla bilən fəlakətlərə səbəb olacaq

ABŞ-də ibtidai məktəbdə baş verən atışmada 5 nəfər ölüb

Britaniya “Skynet” peyklərinə nəzarətin ABŞ-yə verilməsinin risklərini qiymətləndirəcək

ABŞ-nin “George Bush” təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıdıb

UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib

UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib

Fransada etiraz aksiyalarında 140 minə qədər insanın iştirakı gözlənilir

Uqandada “Ebola” virusuna qarşı yeni peyvəndin klinik sınaqlarına başlanılıb

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub

La-Manş tunelinin girişində avtobusla qatar toqquşub, 19 nəfər xəsarət alıb

Şimali İrlandiyada keçmiş partiya lideri 15 il müddətinə azadlıqdan məhrum edilib

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO