Polşa NATO qoşunları üçün böyük bir mərkəz tikmək istəyir
Bakı, 9 mart, AZƏRTAC
Polşada NATO qüvvələrinin şərq cinahına köçürülməsi üçün irimiqyaslı nəqliyyat qovşağının bir hissəsi kimi hava limanı tikmək lazımdır.
AZƏRTAC xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda deyib.
"Polşanın təhlükəsizliyinə əsaslanaraq, bizə çoxlu sayda hərbi təyyarəni qəbul edə biləcək hava limanına ehtiyacımız var", - deyə dövlət başçısı bildirib.
Onun sözlərinə görə, bu layihə Mərkəzi Rabitə Limanı vasitəsilə həyata keçirilməlidir. Hava limanının tikintisinə bir neçə il vaxt ayrılacağı gözlənilir.
Bundan əvvəl Polşa Seymi yekdilliklə Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin fəaliyyətinin dayandırılması haqqında qanun qəbul edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]