Polşa Ukraynaya qoşun göndərmək istəyən ölkələrə dəstək verəcək
Bakı, 23 aprel, AZƏRTAC
Polşa Ukraynaya qoşun göndərməyəcək, lakin bunu etmək istəyən NATO ölkələrini dəstəkləyəcək.
AZƏRTAC xəbər verir ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski bu barədə seymdəki çıxışında deyib. “Bəzi ölkələr öz qoşunlarını Ukraynaya göndərməyi düşünür. Biz qoşun göndərməyəcəyik, lakin dəstək missiyasını təmin edəcəyik”, - deyə nazir bildirib.
Qərbin hərbi dəstəyinin 90 faizdən çoxunun Polşanın Jеşuv şəhərindəki Jasionka hava limanı vasitəsilə Ukraynaya çatdırıldığını xatırladan Radoslav Sikorski Polşa olmadan Ukraynaya yardım göstərməyin mümkün olmadığını söyləyib.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron “İstəklilər koalisiyası”nın martın 27-də keçirilən Paris sammitindən sonra bəzi ölkələrin Ukraynaya “çəkindirici qüvvələr” göndərməyi planlaşdırdığını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:06]
Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
- 30.09.2026 [07:03]
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
- 30.09.2026 [06:31]