Polşa Ukraynaya təhlükəsizlik zəmanətinə dair bəyannaməyə qoşulub
Kiyev, 22 yanvar, AZƏRTAC
Polşanın Baş naziri Donald Tusk yanvarın 22-də Kiyevə səfəri zamanı ölkəsinin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı G7 Vilnüs Bəyannaməsinə qoşulduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Polşa Baş nazirinin ofisinin “X” sosial səhifəsində yayılan bəyanatında deyilir. “Polşa G7 bəyannaməsinə qoşulub, məqsəd Ukraynaya dəstək üçün demokratik ölkələri səfərbər etməkdir”, - deyə bəyanatda bildirilir.
Xatırladaq ki, Donald Tusk bu gün Kiyevə səfər edib. O, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Ötən il iyulun əvvəlində “Böyük yeddilik” ölkələri Ukraynaya təhlükəsizlik zəmanəti verəcəyini vəd edən bəyannaməni təsdiqləyiblər. Artıq 30-dan çox ölkə bu bəyannaməyə qoşulub. Həmçinin bir sıra dövlətlər Ukrayna ilə ikitərəfli əsasda təhlükəsizlik təminatları üzrə danışıqlara başlayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]