Polşanın Baş Qərargah rəisi: Ölkəyə qarşı hücum hazırlanır
Bakı, 18 noyabr, AZƏRTAC
Polşa Ordusunun Baş Qərargah rəisi Veslav Kukula bəyan edib ki, adını açıqlamayan düşmən Polşa ərazisinə silahlı hücum hazırlığına başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Rzecz Pospolita” qəzeti məlumat yayıb.
“Düşmən müharibəyə hazırlaşmağa başlayıb. Burada müəyyən mühit yaradılır ki, bu da Polşa ərazisində potensial təcavüz üçün əlverişli şərait yaradılmasına gətirib çıxarmalıdır”, - deyə Kukula bildirib.
“Politico” nəşrinin hələ mart ayında yaydığı məlumata görə, Polşa Müdafiə Nazirliyi müharibə vəziyyətində ölkəni müdafiəyə hazırlamağa başlayıb. “Proqramın birinci məqsədi ehtiyat qüvvələrin sayını və keyfiyyətini artırmaqdır. İkinci məqsəd daha vacibdir: hər kəs hərbi təlim keçməsə də, biz cəmiyyəti böhranın nəticələrinə hazırlamalıyıq”, - deyə Veslav Kukula müsahibəsində vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [14:14]
Avropada dizelin bahalaşması Macarıstanda da qiymətlərə təzyiqi artırır
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
- 22.09.2026 [12:03]