Polşanın “Euro info” jurnalında “Azərbaycan” sərlövhəli məqalə nəşr olunmuşdur
Varşava, 19 aprel (AZƏRTAC). Polşada böyük tirajla çap edilən “Euro info” jurnalında “Azərbaycan” sərlövhəli məqalə nəşr olunmuşdur.
Jurnalist Bartoş Mendıkın məqaləsində Azərbaycanda alternativ enerji mənbələrindən istifadə ilə bağlı görülən işlər, kənd təsərrüfatı sektorunda həyata keçirilən islahatlar, fermer təsərrüfatları üçün yaradılmış şərait və bu sahəyə xarici investorların cəlb olunması haqqında geniş məlumat verilmişdir. Yazıda kənd təsərrüfatının ölkə iqtisadiyyatının önəmli sahələrindən biri olduğu vurğulanmışdır.
Azərbaycanın turizm potensialından bəhs edən müəllif ölkədə bütün fəsillər üzrə turizm mərkəzlərinin olduğunu, həmin mərkəzlərdə beynəlxalq standartlara uyğun şəraitin yaradıldığını, o cümlədən müasir mehmanxanaların inşa edildiyini, turizm marşrutlarının salındığını oxucuların diqqətinə çatdırmışdır.
Məqalədə Azərbaycan iqtisadiyyatının digər sahələrinin inkişafı ilə bağlı məlumatlar da yer almışdır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]