Polşanın Sosial Sığorta Təşkilatının nümayəndələri Azərbaycana səfər edəcəklər
Bakı, 18 may (AZƏRTAC). Mayın 19-dan 22-dək Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Şəbəkəsi Rəhbər Komitəsinin sədri, Polşa Respublikasının Sosial Sığorta Təşkilatının (PSST) prezidenti Zbiqnev Derdzyukun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olacaqdır.
Dövlət Sosial Müdafiə Komitəsinin (DSMF) ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirmişlər ki, səfər zamanı Azərbaycanın inkişaf etmiş Avropa ölkələri ilə bir sırada üzv olduğu BSTA-nın Avropa Şəbəkəsinin yaxın gələcəkdəki fəaliyyəti, eləcə də DSMF ilə PSST arasında gələcək əməkdaşlıq barədə müzakirələr aparılacaqdır. Müzakirələr zamanı sosial sığorta və pensiya təminatı sahəsindəki islahatlar, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, kadr potensialının inkişaf etdirilməsi, həmçinin Avropada əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan vətəndaşlarının gələcək pensiya təminatı məsələləri də diqqət mərkəzində olacaqdır.
Xatırladaq ki, səfər çərçivəsində nümayəndə heyətinin Dövlət Sosial Müdafiə Fondunun aparatı və yerli şöbələrinin fəaliyyəti ilə tanışlığı, Azərbaycan Respublikasının bir sıra rəsmi orqanlarında görüşlərinin keçirilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [17:58]
Analitiklər beynəlxalq bazarlarda dizel böhranı barədə xəbərdarlıq edirlər
- 09.09.2026 [17:27]
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
- 09.09.2026 [16:36]
Azərbaycanla Dünya Bankının yeni layihə təşəbbüsləri nəzərdən keçirilib
- 09.09.2026 [15:54]