Premyer Liqa: "Qəbələ" öz meydanında "İmişli"yə uduzub
Bakı, 12 aprel, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, "Qəbələ" öz meydanında "İmişli"ni qəbul edib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 45-ci dəqiqədə Dieqo Rollo vurub.
Bu nəticədən sonra xallarını 26-ya çatdıran "İmişli" 9-cu pillədə qərarlaşıb. "Qəbələ" isə 19 xalla 11-ci sırada qalıb.
Tura bu gün Tovuz şəhər stadionunda keçiriləcək "Turan Tovuz" - "Sumqayıt" matçı ilə yekun vurulacaq. Qarşılaşma saat 18:00-da start götürəcək.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Karvan-Yevlax" "Kəpəz"ə 4:1, "Neftçi" "Araz-Naxçıvan"a 2:1 hesabı ilə qalib gəlib, "Sabah" - "Zirə" (2:2) və "Şamaxı" - "Qarabağ" (0:0) oyunlarında isə qalib müəyyənləşməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]
Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
- 30.09.2026 [09:55]
® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır
- 30.09.2026 [09:34]