Premyer Liqa: "Turan Tovuz" evdə "Sumqayıt"a qalib gəlib
Bakı, 12 aprel, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, bağlanış matçı "Turan Tovuz" və "Sumqayıt" komandaları arasında oynanılıb. Tovuz şəhər stadionunda keçirilən qarşılaşma meydan sahibi komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra xallarını 52-yə çatdıran "Turan Tovuz" 3-cü pillədəki mövqeyini möhkəmlədib. "Sumqayıt" isə 32 xalla 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Karvan-Yevlax" "Kəpəz"ə 4:1, "Neftçi" "Araz-Naxçıvan"a 2:1, "İmişli" "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəlib, "Sabah" - "Zirə" (2:2) və "Şamaxı" - "Qarabağ" (0:0) oyunlarında isə qalib müəyyənləşməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]
Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
- 30.09.2026 [09:55]
® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır
- 30.09.2026 [09:34]