Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev: Özbəkistan Azərbaycan üçün qardaş ölkə, etibarlı müttəfiqdir

Prezident İlham Əliyev: Özbəkistan Azərbaycan üçün qardaş ölkə, etibarlı müttəfiqdir

Bakı, 13 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib.

AZƏRTAC müsahibəni təqdim edir.

-Hörmətli cənab Prezident, Siz tezliklə Daşkənddə keçiriləcək Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə iştirak etməyə hazırlaşırsınız. Siz regional əməkdaşlığın bu formatı barədə nə deyə bilərsiniz? Azərbaycanın bu regionla əlaqələri necə inkişaf edir və əməkdaşlığın indiki səviyyəsi Sizi qane edirmi?

-Əvvəlcə qeyd etmək istəyirəm ki, bu, mənim Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə sayca üçüncü iştirakım olacaq. Dəvət aldığım ilk görüş 2023-cü ildə Düşənbədə, ikincisi isə 2024-cü ildə Astanada keçirilib və qarşıdakı görüşün Daşkənddə keçirilməsi gözlənilir. Mən dəvətə, həmçinin Azərbaycanın bu mühüm tədbirdə iştirakına göstərilən dəstəyə görə bütün həmkarlarıma, ilk növbədə isə qardaşım Şavkat Mirziyoyevə səmimi təşəkkürümü bildirirəm.

Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır. İlk baxışda Azərbaycanı Mərkəzi Asiya ölkələrindən fiziki olaraq ayırsa da, Xəzər dənizi, əslində, mühüm birləşdirici amildir. Bu gün Xəzər dənizi, sadəcə, coğrafi anlayış deyil, o, hər şeydən əvvəl xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir.

Ölkələrimizi təkcə coğrafiya deyil, həm də tarixi-mədəni əlaqələr, ortaq dini və mənəvi dəyərlər, adət-ənənələr birləşdirir.

Azərbaycan regiondakı bütün ölkələrlə ən yüksək səviyyədə əməkdaşlığın hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. Hesab edirəm ki, Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında ikitərəfli əsasda qurulan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri, həmçinin fəal siyasi dialoqumuz və qarşılıqlı səfərlərimiz bu əməkdaşlıq formatının uğurunda mühüm rol oynayır.

Son bir neçə ildə dövlət başçıları arasında qarşılıqlı səfərlərin və təmasların dinamikası münasibətlərimizin yüksək səviyyəsini əyani şəkildə nümayiş etdirir. Belə ki, son üç ildə Mərkəzi Asiya dövlətlərinin başçıları Azərbaycana təxminən 30 səfər ediblər və mən özüm də həmin müddətdə qardaş ölkələrdə 13 dəfə səfərdə olmuşam.

Orta Dəhlizin artan əhəmiyyəti əməkdaşlığımızın genişləndirilməsi üçün əhəmiyyətli imkanlar yaradır.

Əminəm ki, Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət görüşü qardaş xalqlarımız arasında əsrlər boyu davam edən dostluğun möhkəmləndirilməsində, siyasi, iqtisadi, nəqliyyat, investisiya, enerji, mədəni, humanitar və rəqəmsal transformasiya sahələrində çoxsəviyyəli əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli mərhələ olacaq.

-Hörmətli cənab Prezident, Siz Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında qarşılıqlı səfərlərin intensivliyini, fəal siyasi dialoqu və yüksəksəviyyəli qarşılıqlı anlaşmanı vurğuladınız. Diqqət yetirdik ki, son bir il yarım ərzində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana beş dəfə səfər edib. Bundan başqa, Siz il ərzində müxtəlif beynəlxalq məkanlarda bir neçə dəfə görüşmüsünüz. Azərbaycan ilə Özbəkistan arasında diplomatik münasibətlərin qurulmasının hazırkı 30-cu ildönümündə ikitərəfli əlaqələrin vəziyyətini necə xarakterizə edərdiniz?

-Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir. Bizi ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir. Əsrlər boyu qardaş xalqlarımız bir-birinə dərin rəğbət və hörmət bəsləyiblər. Sevindirici haldır ki, dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla inkişaf edir.

Bu gün Azərbaycan ilə Özbəkistan arasında münasibətlər ən yüksək - müttəfiqlik səviyyəsindədir.

Münasibətlərimizin inkişafına təsir edən digər, əhəmiyyəti heç də az olmayan amil Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyev ilə aramızda yaranan şəxsi etimad və dostluq münasibətləridir. Prezidentin dövlətlərarası münasibətlərimizin inkişafına şəxsi töhfəsini, onun çoxşaxəli əməkdaşlığımızın ardıcıl olaraq gücləndirilməsinə daim diqqət yetirməsini xüsusi vurğulamaq istərdim.

Qardaş Özbəkistanın lideri, görkəmli dövlət xadimi və Azərbaycanın böyük dostu Prezident Şavkat Mirziyoyevi ölkəmizdə salamlamaq bizim üçün həmişə böyük şərəf və məmnuniyyətdir. Qeyd etdiyiniz kimi, son bir il yarım ərzində beş belə səfər olub. Bütün bunlar münasibətlərimizin yüksək dinamikasını əyani şəkildə göstərir.

Keçən ilin avqustunda mənim Özbəkistana dövlət səfərim oldu, bu ilin iyulunda isə Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri etdi. Bu tarixi səfərlər zamanı onlarla mühüm sənəd, o cümlədən Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol Xəritəsi” və digər sənədlər imzalandı. Qısa müddət ərzində çox böyük işlər görüldü. Bütün bu qarşılıqlı səfərlər Azərbaycan-Özbəkistan münasibətlərinin həm ikitərəfli əsasda, həm də Mərkəzi Asiya və Xəzər regionu da daxil olmaqla, vahid coğrafi məkanda yeni tərəfdaşlıq imkanlarının reallaşdırılması baxımından bütün sahələrdə möhkəmləndirilməsinə əhəmiyyətli təkan verib.

Həmçinin 2023-cü ilin avqustunda təsis edilmiş Ali Dövlətlərarası Şura da münasibətlərimizin inkişaf strategiyasının müəyyənləşdirilməsində xüsusi rol oynayır. Şura artıq qarşılıqlı dövlət səfərləri çərçivəsində 2024-cü il avqustun 22-də Daşkənddə və 2025-ci il iyulun 2-də Bakıda iki iclas keçirib.

Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü dəyişməz olaraq dəstəkləyib. Fürsətdən istifadə edərək, qardaş Özbəkistana Qarabağın bərpasına verdiyi töhfəyə, xüsusən də azad edilmiş Füzulidə böyük özbək alimi Mirzə Uluqbəyin adını daşıyan və hazırda təxminən 600 şagirdin təhsil aldığı məktəbin tikintisinə görə minnətdarlığımı bildirirəm. Özbəkistan Qarabağ bölgəsinin yenidən qurulmasına yardım göstərmək təşəbbüsünü irəli sürən ilk ölkə, Prezident Mirziyoyev isə dünyada ilk lider olub. Biz bunu həmişə xatırlayacaq, ölkələrimiz və xalqlarımız arasında həmrəylik, dostluq və qardaşlıq jesti kimi qəbul edəcəyik.

Qardaş ölkəyə qarşıdakı səfəri səbirsizliklə gözləyirəm. Hər dəfə Özbəkistanın dinamik inkişafını və özbək xalqının əldə etdiyi heyranedici nailiyyətləri böyük məmnunluqla müşahidə edirəm. Həyata keçirilən genişmiqyaslı islahatlar və cəmiyyətin bütün sahələrinin ardıcıl müasirləşdirilməsi ölkənin nüfuzunun davamlı artmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə kömək edir. Bu nailiyyətlər dostum və qardaşım Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və düşünülmüş dövlət siyasətinin göstəricisidir.

Ölkələrimiz arasında əməkdaşlıq təkcə ikitərəfli formatda deyil, həm də beynəlxalq platformalarda uğurla inkişaf edir. Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatının fəal üzvləridir və türk birliyinin möhkəmləndirilməsinə mühüm töhfələr verirlər. Bundan əlavə, münasibətlərimiz BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir.

-Azərbaycan ilə Özbəkistan arasında iqtisadi-ticari əməkdaşlığın hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

-İqtisadi-ticari əməkdaşlığın dinamikası tam məmnunluq doğurur və onun səviyyəsinin daha da artmasına kömək edir. Hər iki tərəf qarşılıqlı əməkdaşlığı genişləndirmək üçün əhəmiyyətli səylər göstərir, yeni layihələr irəli sürür və birgə təşəbbüslərin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir. Bu gün Azərbaycanda təxminən 120 Özbəkistan investisiyalı kommersiya təşkilatı qeydiyyatdan keçib və iqtisadiyyatın müxtəlif istiqamətlərində - sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sahələrində uğurla fəaliyyət göstərir.

Azərbaycanla Özbəkistan arasında ticarət sürətli templə inkişaf edir. Belə ki, 2024-cü ildə əmtəə dövriyyəsi 252 milyon ABŞ dolları təşkil edib və 2025-ci ilin yanvar-sentyabr aylarında bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 87,5 faiz artaraq 319 milyon ABŞ dollarına çatıb.

Sərmayələr sahəsində əməkdaşlıq da möhkəmlənməyə davam edir. 2023-cü ildə həm ölkələrimizin daxilində, həm də üçüncü ölkələrdə sərmayə qoyuluşunu nəzərdə tutan ümumi kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti yaradılıb.

Yüngül sənayenin inkişafı üçün yeni imkanlar açan, ənənəvi dostluq və qardaşlıq münasibətlərini möhkəmləndirən birgə müəssisə - Xankəndidə tikiş fabriki xüsusilə diqqətəlayiqdir.

Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlığa dair Hökumətlərarası Komissiyanın iqtisadi əlaqələrin inkişafı və perspektivli işbirliyi istiqamətlərinin müəyyənləşdirilməsi sahəsindəki aktiv fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Artıq mütəmadi olaraq keçirilən Azərbaycan-Özbəkistan Regional Forumu bu istiqamətdə əməkdaşlığın təşviqi üçün səmərəli platformadır.

Azərbaycan qardaş Özbəkistan ilə iqtisadiyyatın bütün sahələrində əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır. Bunun üçün güclü siyasi iradə və əhəmiyyətli potensial mövcuddur. Bu günədək iqtisadi münasibətlərimizin daha da inkişafı üçün etibarlı hüquqi baza yaradan təxminən 200 sənəd imzalanıb. Azərbaycan hər iki tərəfin maraqlarına uyğun olan və xalqlarımız arasında dostluğun, tərəfdaşlığın möhkəmlənməsinə töhfə verən qarşılıqlı faydalı əməkdaşlığı bundan sonra da dəstəkləyəcək.

-Nəqliyyat, logistika və energetika sahələrində ikitərəfli əməkdaşlığın hansı perspektivlərini görürsünüz?

-Ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərindən biri şaxələndirilmiş nəqliyyat və logistika infrastrukturunun inkişafı, tranzit imkanlarının genişləndirilməsidir. Bu sahədə ölkələrimizin Orta Dəhliz Beynəlxalq Nəqliyyat Marşrutunda iştirakı xüsusi əhəmiyyətə malikdir və onun çərçivəsində Azərbaycan Özbəkistan və Mərkəzi Asiya dövlətləri üçün mühüm tranzit ölkə qismində çıxış edir. Son illərdə Orta Dəhliz vasitəsilə ixrac imkanlarının və daşımaların artması xüsusi strateji əhəmiyyətə malikdir.

2024-cü ildə ölkələrimiz arasında tranzit daşımaların həcmi 2023-cü illə müqayisədə 18 faizdən çox artaraq 1,3 milyon tonu keçib. 2025-ci ilin ilk doqquz ayında bu rəqəm təxminən bir milyon tona çatıb ki, bu da nəqliyyat mübadilələrində dinamik artımı nümayiş etdirir.

Azərbaycanda yaradılan müasir nəqliyyat infrastrukturu, o cümlədən ticarət donanması, yaxın illərdə gücü 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və ölkənin doqquz beynəlxalq hava limanı da daxil olmaqla, bütün bunlar Azərbaycanın qlobal nəqliyyat və logistika qovşağı kimi rolunu gücləndirən amillərdir. Bundan əlavə, Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək.

Hava nəqliyyatının inkişafı və şəhərlərimiz arasında uçuşların intensivliyi xüsusi əhəmiyyət kəsb edir. AZAL müntəzəm sərnişin reysləri - Bakı-Daşkənd-Bakı (həftədə 7 uçuş), Bakı-Səmərqənd-Bakı (həftədə 2 uçuş) və Bakı-Ürgənc-Bakı (həftədə 2 uçuş) həyata keçirir. Öz növbəsində, “Uzbekistan Airways” Daşkənd-Bakı-Daşkənd marşrutu üzrə həftədə üç, “Centrum” isə həftədə iki uçuş yerinə yetirir.

Energetika sektorunda əməkdaşlıq və yaşıl enerjinin inkişafı da prioritet istiqamət olaraq qalır. SOCAR Özbəkistana Azərbaycanın neft məhsullarını və neft-kimya məhsullarını ixrac edir. 2016-cı ildən bəri “OZLITINEFTGAZ” İnstitutunun və “SOCAR NIPI Nefteqaz”ın bazasında yaradılan "Neftegaztexnologiya" birgə müəssisəsi uğurla fəaliyyət göstərir.

2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin inteqrasiyasına və bərpaolunan enerji mənbələrinin təşviqinə yönəlmiş bir sıra strateji sazişlər, memorandumlar imzalayıblar ki, bu da regionun davamlı inkişafı və enerji əməkdaşlığını gücləndirmək üçün yeni perspektivlər açır.

-Azərbaycan ilə Özbəkistan arasında mədəni və humanitar sahələrdə əməkdaşlıq barədə nə deyə bilərsiniz?

-Mədəni və humanitar əməkdaşlıq ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsində, həmçinin xalqlarımızın birbaşa əlaqələrinin genişləndirilməsində mühüm rol oynayır. Biz ortaq tarixi və mədəni dəyərləri qorumaq, bütün səviyyələrdə sıx əməkdaşlıq etmək üçün birgə səylər göstəririk.

Belə ki, 2023-cü ildə Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri, 2024-cü ildə isə Özbəkistan Elm və Mədəniyyət Günləri keçirilib. Elə həmin il Özbəkistanda Azərbaycan Mədəniyyəti Günləri, Xivə şəhərində isə “Şuşa günləri” təşkil olunub. Bu tədbirlər xalqlarımızın zəngin mədəni irslərini bölüşmək, qarşılıqlı anlaşmanı dərinləşdirmək və bir-birinin mənəvi məkanını qarşılıqlı şəkildə zənginləşdirmək istəyini əks etdirir.

Ölkələrimizin regionları arasında əməkdaşlığa xüsusi diqqət yetirilir. İsmayıllı-Riştan, Şuşa-Xivə, Lənkəran-Buxara, Şəki-Kokand, Biləsuvar-Termez, Mingəçevir-Namanqan, Füzuli-Gülüstan, Quba-Cizak və Beyləqan-Şəhrisəbz şəhərləri arasında qardaşlaşma və tərəfdaşlıq münasibətləri qurulub. Bu cür regionlararası əlaqələrin fəallaşması xalqların yaxınlaşmasına, təcrübə mübadiləsinin aparılmasına və əməkdaşlığın mədəni-humanitar gündəliyinin möhkəmləndirilməsinə kömək edir.

Ölkələrimiz arasında dostluğun rəmzi ifadəsi mədəni əhəmiyyəti olan obyektlərdir: Daşkənddə Heydər Əliyev meydanı var və bu ilin iyulunda Bakıda “Özbəkistan” parkının təməli qoyulub.

Fürsətdən istifadə edərək, həmçinin Azərbaycan xalqının Ümummilli Lideri, özbək xalqına həmişə böyük sevgi hissləri bəsləyən Heydər Əliyevin xatirəsinə göstərilən ehtiram və həqiqətən qardaşlıq münasibətinə görə Özbəkistan rəhbərliyinə, bütün qardaş xalqa minnətdarlığımı bildirmək istəyirəm.

Həmçinin idman sahəsində əməkdaşlıqda yaxşı nəticələr var. İki ölkənin birgə səyləri sayəsində FIFA İcraiyyə Komitəsi 2027-ci ildə keçiriləcək futbol üzrə U-20 Dünya çempionatının final mərhələsini Azərbaycanda və Özbəkistanda təşkil etmək qərarına gəlib. Bu, Avropa ilə Asiyanı birləşdirəcək ortaq tarixi nailiyyətdir.

Media və qeyri-hökumət təşkilatları sahələrində əməkdaşlıq da məhsuldar inkişaf edir. 2024-cü il sentyabrın 23-dən 25-dək Daşkənddə Birinci Özbəkistan-Azərbaycan Media Forumu, 2025-ci il sentyabrın 29-da isə Bakıda İkinci Azərbaycan-Özbəkistan Media Forumu keçirilib. Bundan əlavə, 2024-cü ilin dekabr ayında Daşkənddə ilk dəfə Özbəkistan-Azərbaycan Qeyri-Hökumət Təşkilatları Forumu təşkil olunub.

Bütün bu tədbirlər və həyata keçirilən layihələr Azərbaycan ilə Özbəkistanın mədəni, humanitar sahələrdə güclü qardaşlıq münasibətlərini əyani şəkildə nümayiş etdirir, xalqlarımız arasında dostluğun möhkəmlənməsinə, mənəvi və mədəni qarşılıqlı əlaqələrin daha da inkişafına xidmət göstərir.

-Cənab Prezident, sıx iş cədvəlinizdə bu məzmunlu müsahibəyə vaxt ayırdığınıza görə Sizə minnətdarıq.

-Özbəkistan cəmiyyətinin həm Azərbaycan-Özbəkistan gündəliyində, həm də bütövlükdə regionda baş verən proseslərə artan marağını qeyd etməkdən çox məmnunam. Qoy, əsrlər boyu qardaş xalqlarımızı və ölkələrimizi birləşdirən dostluq və əməkdaşlıq əlaqələri daha da möhkəmlənsin.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin dövlət qurumları üçün “Windows” dəstəyini dayandırır

Çin şirkəti Günəşdən enerji yığan avtomobil damlarının kütləvi istehsalına hazırlaşır

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

“Google” süni intellekt vasitəsilə bədən tərkibini təhlil edən sistem hazırlayıb

Fransada kibertəhlükə: Milyonlarla hesab və şəxsi məlumatlar hakerlərin əlinə keçib

Kiyevdə raket zərbələri nəticəsində ölənlər və xəsarət alanların sayı artıb - YENİLƏNİB 2

BMT: Humanitar yardım təşkilatlarının əməkdaşlarına qarşı törədilən hücumların sayı rekord həddə çatıb

ABŞ-də bağırsaq infeksiyasına yoluxanların sayı 15 mini ötüb

“Nokia” Çin bazarını tərk edir - şirkət bu ölkədə kütləvi işçi ixtisarına başlayır

Tramp İrana qarşı nəhəng iqtisadi müharibə elan edib

Tusk: Polşa Şengen zonasından çıxmaqla bağlı referendum keçirməyəcək

ABŞ Qəzzada sabitləşdirmə qüvvələrinə 206 milyon dollar vəsait ayıracaq

Kök hüceyrə terapiyası sağalmaz göz xəstəliyindən əziyyət çəkən pasiyentlərin görmə qabiliyyətini bərpa edib

İsveçrə Rusiyaya qarşı sanksiyaları genişləndirib

Şamaxıda qəzada ölənlərin sayı 2-yə çatıb – YENİLƏNİB 2

Üç yüzdən çox üsyançı Sudan ordusuna keçib

Tramp özünü Kim Çen Inla əlaqə quran yeganə ABŞ lideri adlandırıb

Çempionlar Liqası: "Sabah" ilk oyunda "Hapoel"ə uduzub -  YENİLƏNİB 5

Tramp ABŞ-nin süni intellekt sahəsində Çindən çox irəlidə olduğunu bildirib

Azərbaycan XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalında təmsil olunur

Türkiyə XİN: Yunanıstanın Egey dənizi üzrə məkan planlaşdırmasının Türkiyənin hüquqi mövqeyinə təsiri yoxdur

Aİ ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq etməsini qınayıb

Azərbaycan güləşçisi ardıcıl 2-ci dəfə dünya çempionu olub

Qazaxıstanda 650 hektar ərazini əhatə edən yanğın lokallaşdırılıb

Çempionlar Liqası: "Hapoel" və "Sabah"ın start heyətləri açıqlanıb

III “Ulduz Cup” futbol turnirinin iştirakçıları bəlli olub

Fotoqraf: Bəzən sadəcə doğru anı göstərmək kifayətdir ki, insanın baxışı dəyişsin

İsrail ordusu HƏMAS-ın bir bölük komandiri və üç tağım komandirinin öldürüldüyünü açıqlayıb

Dövlət Departamenti Keniyada helikopter qəzasında dörd amerikalının öldüyünü təsdiqləyib

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

Tramp Kim Çen Inla bu ilin sonlarında görüşəcəyini açıqlayıb

Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin təchizatı dayandırılacaq

Bu saata olan əsas xəbərlər

Naxçıvanda şəhid ailələri və müharibə əlillərinin sosial təminatının gücləndirilməsi istiqamətində növbəti addım atılıb VİDEO

Naxçıvanda şəhid ailələri və müharibə əlillərinin sosial təminatının gücləndirilməsi istiqamətində növbəti addım atılıb VİDEO

“Tvente”nin baş məşqçisi: Bizi “Qarabağ”la finala bərabər iki oyun gözləyir

Yuri Boçarov: Naxçıvandan təkcə qatarlar deyil, investisiyalar və texnologiyalar da keçməlidir

“IT Park Uzbekistan”da Azərbaycan jurnalistlərinə ölkənin rəqəmsal ekosistemi təqdim olunub VİDEO

“IT Park Uzbekistan”da Azərbaycan jurnalistlərinə ölkənin rəqəmsal ekosistemi təqdim olunub VİDEO

İqtisadiyyat nazirinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə yazar və naşirlərlə görüş təşkil edilib

Naxçıvanın böyük potensialı var – Ekspert rəyi

“İbrahim Tatlışiş” kabab evində at DNT-si aşkarlanıb

Naxçıvanda indiyədək şəhid ailələri və müharibə əlillərinə 400-ə yaxın mənzil təqdim olunub VİDEO

Naxçıvanda indiyədək şəhid ailələri və müharibə əlillərinə 400-ə yaxın mənzil təqdim olunub VİDEO

Politoloq: Naxçıvanın blokadası bitir, qədim diyar yenidən Şərqin qapısına çevrilir

Azərbaycan taekvondoçusu Prezident Kubokunda bürünc medal qazanıb

Şəhid ailələrinə və müharibə əlillərinə indiyədək 16 mindən çox mənzil verilib - Açıqlama VİDEO

Şəhid ailələrinə və müharibə əlillərinə indiyədək 16 mindən çox mənzil verilib - Açıqlama VİDEO

Coğrafiya İnstitutunun əməkdaşı: Xəzər dənizi üçün əsas təhlükə suyun çirklənməsidir

“Qarabağ”dan ayrılan Abdullah Zubirin yeni klubu bəlli olub

Naxçıvanda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 68 mənzil təqdim edilib VİDEO

Naxçıvanda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 68 mənzil təqdim edilib VİDEO

Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələrinin növbəti raundu baş tutub

Heyvanların identifikasiyası sahəsində Polşa təcrübəsi öyrənilir

Könüllülük: cəmiyyətə töhfədən şəxsi inkişafa doğru -  REPORTAJ  VİDEO

Könüllülük: cəmiyyətə töhfədən şəxsi inkişafa doğru - REPORTAJ VİDEO

Avropada təbii qazın qiyməti martdan bəri ən yüksək səviyyəyə çatıb

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib VİDEO

Noder Alibekov: Özbəkistan və Azərbaycan startaplar sahəsində çoxsaylı birgə layihələr həyata keçirir VİDEO

Noder Alibekov: Özbəkistan və Azərbaycan startaplar sahəsində çoxsaylı birgə layihələr həyata keçirir VİDEO

BDU-nun Abituriyent Məlumat Mərkəzinə 600-dən çox müraciət daxil olub

Mütəxəssis: Geomaqnit qasırğaları bəzi insanlarda başağrısı və yuxu pozuntusunu gücləndirə bilər

Tarixi yaddaş və gündəlik həyat: keçmişi öyrənməyə hansı mənbələr kömək edir?

İspaniyalı Formula 1 pilotu “Uilyams”la yeni müqavilə imzalayıb

Azərbaycandan Bolqarıstana xam neft ixracı kəskin artıb

Əməkdar artist: Muğam müsabiqələri üçün çoxlu sayda ifaçı yetişdirmişəm

Naxçıvan Avrasiya nəqliyyat xəritəsində mühüm logistika mərkəzinə çevrilir - MÜSAHİBƏ

Alp dağlarında 34 il əvvəl itkin düşmüş alpinistlərin cəsədləri tapılıb

Naxçıvanda Uşaq Səfirlər Məclisinin nümayəndələri ilə görüş olub

İsrailli veteran futbolçu: “Sabah”ın “Hapoel”ə qalib gəlib mərhələni adlaması təəccüblü olmaz

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

Azərbaycan və Qazaxıstan müdafiə sahəsində əməkdaşlığı genişləndirir

Vətəndaşların nəzərinə: Kiberdələduzluq hallarına qarşı diqqətli olun!

Cins mal-qara, müasir texnologiya və dövlət dəstəyi: Şəmkirdə heyvandarlıq sahəsi inkişaf edir VİDEO

Cins mal-qara, müasir texnologiya və dövlət dəstəyi: Şəmkirdə heyvandarlıq sahəsi inkişaf edir VİDEO

“Şimal axını” qaz kəmərlərindəki partlayışlarda şübhəli bilinən daha bir nəfər saxlanılıb

Bir əsrlik elm xəzinəsindən rəqəmsal kitabxanaya: 101 ilin uğur hekayəsi

Ukrayna Ali Radası Yevgeni Xmaranın müdafiə naziri vəzifəsinə təyin olunmasını dəstəkləyib

Qvineyalı futbolçu “Fənərbağça”dan ayrılıb

® “PAŞA Holdinq” gənc hüquqşünaslar üçün “LEGIS” Mentorluq Proqramına start verib

Lənkəranda qanunsuz fəaliyyət göstərən toyuq kəsimi müəssisəsi aşkarlanıb

Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub

Nuriyyə Hüseynova: Macarıstanda zəngin mədəni irsimizi böyük qürurla təmsil etdik

Luka Modriçin qızı “Real Madrid”in akademiyasına keçib

Ərdoğan: İran və ABŞ arasındakı münaqişənin həllinin yeganə yolu danışıqlardır

Əvəzçilik üzrə əmək fəaliyyəti necə tənzimlənir?

Ukraynada müharibə zamanı seçkilərin keçirilməsi yenidən gündəmə gətirilib VİDEO

Ukraynada müharibə zamanı seçkilərin keçirilməsi yenidən gündəmə gətirilib VİDEO

Tbilisidə Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb

Son 2 ildə Xaçmazda min hektaradək intensiv şaftalı bağı salınıb

Türkiyədə müəllimlər üçün xüsusi geyim forması tətbiq olunacaq

Nazirlik: Naxçıvan Sənaye Parkında sahibkarlara geniş güzəşt və dəstək mexanizmləri tətbiq olunacaq

KMBİ xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbərini Gürcüstanda saxlayaraq Azərbaycana gətirib VİDEO

KMBİ xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbərini Gürcüstanda saxlayaraq Azərbaycana gətirib VİDEO

® “Bir” ekosistemi xidmət sektorunda müştəri təcrübəsini rəqəmsallaşdırır

AzTU tələbələri aqrar innovasiya “Bootcamp”ında startaplarını təqdim ediblər

Ali Rada Andrey Sibiqanı Ukraynanın xarici işlər naziri vəzifəsinə təyin edib

Qış aylarında neftin qiyməti 100 dollar həddini keçə bilər

Zərifə Quliyeva beynəlxalq təşkilat tərəfindən “Onur Belgesi” ilə təltif olunub

Ülvi Kərimov: Xaricdə təhsil gələcək karyeram üçün möhkəm təməl yaradacaq

Ekspert: Logistika xərclərinin azalması sahibkarların xarici bazarlara çıxışını asanlaşdıracaq

Həftəsonunadək gözlənilən hava şəraiti açıqlanıb

Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub

Bu il Azərbaycandan Türkiyəyə 2 milyard dollarlıq ixrac baş tutub

Yeni Qanun toxumçuluğun inkişafı üçün hüquqi bazanı gücləndirir

BDU-nun təşkilatçılığı ilə Qubada tələbələr, şəhid və qazi övladları üçün yay düşərgəsi təşkil olunacaq

Azərbaycanın 2 hakimi UEFA-nın yay kursunda iştirak edəcək

Marin Lö Penin konstitusiya referendumu Fransada hüquqi-siyasi qarşıdurma riski yaradır

Türkiyənin “Maarif” Məktəblərinin nümayəndələri Marneulidə “Azərbaycan Evi”ndə olublar