Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Azərbaycanı regionda və dünyada hesablaşılmalı ölkə səviyyəsinə yüksəldib

Prezident İlham Əliyev Azərbaycanı regionda və dünyada hesablaşılmalı ölkə səviyyəsinə yüksəldib

Bakı, 19 fevral, AZƏRTAC

Dünyanın təhlükəsizliyin təkcə özünə deyil, anlayışına belə hər zamankından daha çox ac olan bir vaxtında artıq daha da ehtiyac duyulan yəqin ki, tək məsələ bu mürəkkəb vəziyyətdən yeni ideyalarla çıxış yollarıdır. Qlobal təhlükəsizlik zəncirinin təmin edilməsində hələ də konkret olmasa da, abstrakt nişanlar mövcuddur. Qeyd edilməlidir ki, heç bir halda ucuz olmayan təhlükəsizlik fenomeninin faydalarının xərclərindən qat-qat qiymətli və üstün olduğu bir zamanda yaşayırıq. Bu gün dünyanı yeni nizama doğru istiqamətləndirənlər parlaq təfəkkürə, fəlsəfi yanaşmalara, nəzəri baxışlara, empirik təşəbbüslərə malik liderlərdir. Konvensional qaydada modern xarici siyasət və beynəlxalq təhlükəsizliyin ən cari məsələlərinin müzakirəsinə həsr olunduğu, son illərdə baş verən hadisələr fonunda nüfuzu və əhəmiyyəti getdikcə yüksələn Münxen Təhlükəsizlik Konfransını həm də müxtəlif səbəblərə görə daha dəyərli edən amil burada belə parlaq zəkaların cəmləşməsidir. Əvvəllər Münxen Təhlükəsizlik konfransları Avro-Atlantik düşərgədə, son illərdə isə coğrafi şaxələndirmə ilə “Qərb dünyası”ndan kənara çıxaraq həm də qlobal nizamda əhəmiyyətli dəyişikliklərin, hətta transformasiyaların üfüqdə ola biləcəyinə dair müzakirələrin şahidi oldu. Konfrans təhlükəsizlik baxımından eyni mahiyyət və dəyər təklif etsə də, daha geniş hədəf auditoriyası ilə hər ötən il daha da fərqlənir. Nəzərə alsaq ki, sayca 59-cu görüşü baş tutan sözügedən konfrans bu günə qədər keçirilmiş sessiyalarla müqayisədə iştirakçı sayına görə ən irimiqyaslı olması ilə səciyyələndi. Prezident İlham Əliyevin 40-dan çox dövlət başçısı, nazirlərin, beynəlxalq təşkilat rəhbərlərinin, media, vətəndaş cəmiyyəti və elmi dairələrin nümayəndələrinin də daxil olduğu platformada həm də hadisələrin mövcud inkişaf ssenarisində iştirakı vacib əhəmiyyət kəsb etdiyi qədər, həm də dövlətimizin başçısının siyasi xadim kimi şəxsiyyətinə göstərilən diqqət və qayğının əyani təzahür forması, belə bir Liderin Azərbaycanı regionda və dünyada hesablaşılmalı ölkə səviyyəsinə yüksəltməsinin nəticəsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova söyləyib.

Azərbaycanın Qarabağın bərpası baxımından yeni investisiyalar cəlb edə bilməsi üçün Münxen Konfransında iştirakın daha bir mühüm faydası şəbəkə qurmaq, onu genişləndirmək imkanıdır. Bunun üzərinə isə qiymət etiketi qoymaq mümkün deyil - hər şey münasibətlərə aid olduğu qədər, şəxsi nüfuza da söykənir. İştirakçılar həm siyasi, həm də iqtisadi mənada təhlükəsizlik sahəsində real təcrübəyə malik olduğundan Prezident İlham Əliyev biznes dairələri ilə bu istiqamətdə həm də fayda qruplarının necə, nə qədər və harada fəaliyyətini müzakirə və mümkün etmək üçün önəmli görüşlər keçirdi. Çünki Rusiya-Ukrayna müharibəsi səbəbindən rəsmi Moskvaya tətbiq olunmuş sanksiyalar Avropa ilə Asiya arasında konvensional iqtisadi əlaqələrdə çətinliklər yaratmaqla, qlobal anlamda əlavə təchizat mənbələrinə və marşrutlara yenidən baxılmasını zəruri edib. Yeni iqtisadi əməkdaşlıqların üzə çıxarılması vacib olduğundan təhlükəsizlik fenomeni bu gün həm də iqtisadi bağlantıların və təchizatların təhlükəsizliyinin təmini məsələləri baxımından əhəmiyyətlidir. Texnoloji təchizat zəncirlərinin strateji əhəmiyyəti yüksək texnologiyalı iqtisadiyyatlarda sənaye siyasətinə yenidən baxmağa təkan verdi. Müvafiq olaraq siyasətçilərin diqqəti kollektiv şəkildə daha möhkəm olmaq üçün həmfikir tərəfdaşlar arasında təchizat zənciri əməkdaşlığına nail olmağa yönəldi.

Belə mötəbər yığıncaqlarda hətta müdafiə strategiyaları ilə bağlı mülahizələr bəzən yarımçıq fikir kimi görünsə də, hər mənada məlumat və biliklərin mübadiləsi bütövlükdə cəmiyyətləri gücləndirir. Çünki təhlükəsizliklə bağlı təhdidlər, narahatlıqlar, münaqişə dinamikası demək olar dəyişməz qalıb və bu dövrə “köçüb”. Qeyri-regional aktorlar problemləri həll etmək və ya münaqişə dinamikasını idarə etmək üçün zaman-zaman nəinki uğur qazana bilmədilər, hətta ciddi itkilərə düçar oldular. Süni şəkildə “dondurulmuş” münaqişələr zaman-zaman qaynar müharibələrə səbəb olmaqda davam edir. Bu dinamikanın hər an dünyanın istənilən bucağına birbaşa təsir etmək potensialı var.

Postsovet dövrünün ilk illərində düşdüyü ekoloji, iqtisadi, siyasi və hərbi qeyri-sabitliyi ilə gündəmə gələn Cənubi Qafqaz əhəmiyyətli karbohidrogen ehtiyatlarına malik olması ilə beynəlxalq aktorların diqqətini bu gün daha da yaxından cəlb etməkdə davam edir. Bu cazibə mərkəzinin tən ortasında yaratdığı təhlükəsizlik çəmbərinin mərkəzində özü dayanan, həm də regionun təhlükəsizliyini Avropanın enerji təhlükəsizliyinə paralel həssaslıq səviyyəsinə qaldıran, onu təmin edən Azərbaycan var. Avropanın təchizatçılarının həm enerji mənbələrinin şaxələndirilməsi, müharibənin enerji təchizatında səbəb olduğu problemlər, bu məsələdə Azərbaycana artan inam və edilən müraciətdən sui-istifadə olunmaması, qaz təchizatı ilə sınağa çəkilməsinə baxmayaraq, bu qış üçün Avropanın təhlükəsiz tərəfdə olmasını məhz ölkəmizin təmin etməsi orta və uzunmüddətli perspektivdə tərəflərə həm də bərpaolunan enerji mənbələrini artırmaq potensialı təqdim edir, bu da Avropanın enerji sahəsində strateji müstəqilliyini təmin edir.

“Böyük dövlətlərarası müharibə hələ də uzaq riskdir” qətiyyətindən fərqli olaraq, böyük dövlətlərarası müharibənin keçmişdə qalmadığı və onlar arasında getdikcə gərginləşən mübarizənin belə bir müharibə ehtimalını daha da yaxın edir. Mövcud təhdidedici durum əsas aktorları təhlükəsizlik fəzilətlərini şübhə altına almaqdan yayındırmalıdır.

Münxen Təhlükəsizlik Konfransı bu gün qlobal siyasətlə bağlı ən nüfuzlu platformalardan biri kimi çıxış edir. Bu Konfrans çərçivəsində təşkil olunan sessiyalarda səslənən fikirlər və dərc edilən hesabatlar Avro-Atlantik oxundakı mərkəzlərin qlobal siyasətlə bağlı qiymətləndirmələri ilə bağlı mühüm məlumatlar verən mənbələr kimi dəyərləndirilir, qlobal siyasətlə bağlı tapıntıları ortaya çıxarmaq məqsədi daşıyır. Bir ideoloji və siyasi qarışıqlıq mövcuddur, təhlükəsizliyin lokal, regional və qlobal kontekstdə nə olduğu və nə demək olduğu kimi çox təməl məsələlərlə bağlı bu qarışıqlıq fonunda fərqli fikirlər ortaya çıxır. Məlum olur ki, təhlükəsizlik ciddi böhran içərisindədir və özünü yenidən təyin etməyə ehtiyac duyur.

İndi beynəlxalq aləmdə “necə?” və “nə üçün?” suallarına empirik cavablar axtarmaq olduqca vacib və təbii ki, faydalı bir səydir. Bu suallara daha vahid cavablar həm “daxili” empirik, həm də “xarici” tədqiqatlar aparmaqla əldə edilə bilər. Fevralın 18-də Nikol Paşinyan Prezident İlham Əliyevlə görüşdə Cənubi Qafqazda təhlükəsizlik üzrə panel müzakirəsində pozucu fikirlər səsləndirirsə, bu, sövdələşməni pozmur, bu, birmənalıdır. Lakin hər bir tərəf bilməlidir ki, bu regiona süni şəkildə qoşulmuş birinin, şübhəsiz ki, bu regionda da məsuliyyəti var. Qərar qəbul edənlər düzgün hesablamalarla ən son risklərdən xəbərdar olmalıdırlar. Çünki hər hansı bir liderin əsas vəzifələrindən biri, sadəcə, özünün deyil, həm məsafə, həm də anlam baxımından yaxın və uzaq ətrafının təhlükəsizlik riskini qiymətləndirmək və minimuma endirməkdir. Paşinyan eyni səviyyəli resurslara və istedadlara çıxışı olmasa belə, regiona risklərin təsirini azaltmaq üçün aydın və effektiv addımlar atmalıdır. Necə ki, insanlar “öyrənilmiş acizlik”dən əziyyət çəkə bilərlər, bu psixoloji termin həm də kiminsə etdiyi heç bir şeyin müsbət dəyişikliyə təsir göstərə bilməyəcəyi hissi təsvir edir.

2023-cü ilin geosiyasi nikbinlik ili olmadığı aydındır. İstər sonsuz görünən pandemiya, istərsə də iqlim dəyişikliyinin getdikcə nəzərəçarpan təhlükəsi, hibrid müharibə, kiberhücumlar, dezinformasiya, qabaqcıl texnologiyalar kimi bir-biri ilə əlaqəli dünyanın narahatedici zəiflikləri və ya artan geosiyasi gərginlik olsun, bütün bu çağırışlar nəzarətin itirilməsi hissinə səbəb olur. Güclülər yeni dünya nizamının formalaşmasında iştirak edərkən, bəşəriyyətin ən çətin problemlərini həll edə bilməyəcəkləri qənaətinə gələn cəmiyyətlər artıq axını dəyişdirməyə belə cəhd edə bilməzlər. Süni şəkildə həddən artıq yüklənmiş aktorlar bunu dəyişdirmək üçün resurslara malik olsalar da, alətlərdən məhrum edilirlər. “Sonsuz müharibəyə” son qoyulmasa da, artıq insanlar qeyri-müəyyən gələcəyə baxırlar.

Dünya getdikcə daha çox düşmən bloklarına bölündükcə dialoqa ehtiyac artır, lakin belə söhbətlər üçün məkanların sayı azalır. Ya da Fransa Prezidenti Emmanuel Makron kimi bu qeyri-müəyyənliyi yaratmağa çalışan səriştəsiz siyasətçilər belə tədbirlərdən sui-istifadə etməklə, sadəcə, Fransanın neoimperialist maraqlarını təmin etməyə, yeni dünya nizamının təkcə Qərbin maraqlarına cavab verməsini istəyirlər. Bu, sadəcə, otuz ilə yaxın zaman çərçivəsində deyil, hələ də ədalətsiz, qeyri-sağlam düşüncədir. Müstəmləkəçi keçmişə malik Fransa dövləti bu yanaşmanı və təfəkkürü dəyişmir, sadəcə, xarici və təhlükəsizlik siyasətinin hərbi və mülki imkanlarla təmin edildiyi kimi nağıllarla bölgədə “Avropa İttifaqının mülki missiyası” adı altında ona fərqli bir don geyindirir.

Digər məsələ isə regional dövlətlər arasında zəif inkişaf, insan hüquqlarının pozulması kimi artan zorakılıq səviyyəsidir ki, bu da xarici aktorlar üçün regionu narahat edən problemlərin kök səbəblərini həll etməyi zəruri edir. Belə ki, oxşar məsələ İran diplomatiyası ilə bağlıdır. Hələ ilkin olaraq onu qeyd edək ki, etirazlar İranı yenidən bürüdükcə Rza Pəhləvi proseslərdə daha çox rol alır və bəzi dairələrdə daha çox diqqəti cəlb edir. Sivil dünya İranda rejim dəyişikliyi istəyir, demokratiya hərəkatını təmsil etdiklərini iddia edən belə nümayəndələr isə yaranmış vəziyyətdə aparıcı rol oynamaq niyyətindədirlər. Rza Pəhləvi demokratik, dünyəvi və liberal istəkləri müdafiə edir.

Münxen Təhlükəsizlik Konfransı təşkilatçılarının İran rejiminin liderlərinin əvəzinə Rza Pəhləvini iştiraka dəvət etməsi göstərir ki, rejimin aparatının hələ də toxunulmaz göstərilməyə çalışılması cəhdi belə yalandır. Həm də Pəhləvinin dünyəvi demokratiyaya baxışı digər fundamental prinsipləri də ehtiva etdiyindən İranda dəyişikliyi xalq istəyir. Deməli, İran hakimiyyətinin legitimliyi kökündən ciddi sual altındadır. Bu, regionda qeyri-sabit şərait formalaşdıran bir rejim barədə zəruri tədbirlər görülməli olduğu qədər, terroru daxili və xarici siyasətinin başlıca komponentinə çevirən bir rejimin nüvə silahı əldə etməsinə, sadəcə, susmaq deyil, “dayandır” düyməsinə basılmalı zaman olduğundan xəbər verir.

Kütləvi qırğın silahlarının istehsalı və istifadəsi, terrorizmə dözümlülük, ifadə azadlığının və demokratiyanın olmaması, insan hüquqlarının pozulması kimi pariya dövləti (pariah state) olan İran yaramaz dövlətlərdən (rogue state) fərqli olaraq, sadəcə, digər dövlətlər üçün mütləq təhlükə yaratmır, həm də şikayətlər çox vaxt öz əhalisinə qarşı yönəldilir. Deməli, ən birincisi, öz əhalisi üçün həm də mövcud siyasəti ilə əslində, bu iki kateqoriyaya da daxil olan İranda həm də kürdlərə qarşı öldürücü güc tətbiq olunur. Rejimin davranışları kürd xalqının fundamental, mədəni və siyasi azadlıqlarına uzun müddət repressiya etdiyini əks etdirir. Bununla kifayətlənməyən İran Kürdüstanla sərhəddə də əzələ nümayiş etdirir. Belə bir məqamda isə Kürdüstanla Türkiyə arasında ticarət dövriyyəsi 12 milyard dollar təşkil edir, onların siyasi rəhbərlikləri arasında sıx əlaqə və dialoq mövcuddur. Sözsüz ki, bu amili nəzərə alan Prezident İlham Əliyevin İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşü xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, İraqın geosiyasi reallığı da aydın göstərir ki, artıq Kürdüstan bütün atributları ilə müstəqil dövlət statusundadır. Kürdlər etnik azlıq kimi Ermənistanda da oxşar münasibətlə üzləşirlər. Deməli, həm də bu bənzər dəst-xətt İran və Ermənistan siyasəti üçün spesifikdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya təşkil olunub

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır