Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev və Prezident Nikolas Maduro mətbuata bəyanatlarla çıxış ediblər [YENİLƏNİB] VİDEO

Bakı, 22 oktyabr, AZƏRTAC

Oktyabrın 22-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro mətbuata bəyanatlarla çıxış ediblər.

Azərbaycan Prezidenti İlham Əliyevin

bəyanatı

-Hörmətli cənab Prezident. 

Hörmətli qonaqlar, xanımlar və cənablar.

İlk növbədə, cənab Prezident, Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Biz Sizinlə bu ayın 10-da İstanbulda Dünya Enerji Konqresində görüşmüşdük. Bu, bizim birinci görüşümüz idi. Mən Sizi Azərbaycana dəvət etdim. Çox şadam ki, Siz qısa bir müddətdən sonra ölkəmizə səfər edirsiniz.

Bu səfərin çox böyük əhəmiyyəti var. Əminəm ki, səfər Venesuela-Azərbaycan əlaqələrinin inkişafı üçün çox mühüm rol oynayacaq. Biz istəyirik ki, əlaqələrimizi genişləndirək. Biz istəyirik ki, ikitərəfli formatda çox etibarlı tərəfdaşlıq yaransın. Əminəm ki, buna nail olacağıq. Bizim bugünkü görüşümüzün xüsusi mənası var. Tarixdə ilk dəfədir ki, Venesuela Prezidenti Azərbaycana rəsmi səfərə gəlib. Bu səfərin tarixdə çox böyük rolu olacaq.

Bu gün üç sənəd imzalanmışdır. Onların arasında əlbəttə ki, Birgə Bəyannaməni xüsusilə qeyd etmək istəyirəm. Bu, çox sanballı və dəyərli bir sənəddir. Birgə Bəyannamədə bizim niyyətimiz ifadə olunur. Biz planlarımız haqqında öz niyyətimizi ifadə edirik. Birgə Bəyannamədə gələcək əməkdaşlıq üçün əsas istiqamətlər müəyyən edilir - siyasi əlaqələrin inkişafı, iqtisadi sahədə əməkdaşlıq, sərmayə qoyuluşu, energetika sahəsində əməkdaşlıq, nəqliyyat, elm, təhsil, ətraf mühitin qorunması. Yəni, bu sənəddə demək olar ki, bütün əsas istiqamətlər öz əksini tapır.

Birgə Bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müddəaları xüsusilə qeyd etmək istərdim. Bu Bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı əsasında həll olunması qeyd edilir. Bu ədalətli mövqeyə görə, cənab Prezident, Sizə öz minnətdarlığımı bildirmək istəyirəm. Əlavə etmək istəyirəm, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, əfsuslar olsun ki, 20 ildən çoxdur davam edir. Bizim beynəlxalq birlik tərəfindən tanınan ərazimizin bir hissəsi işğal altına düşüb. Torpaqlarımızın 20 faizi Ermənistanın işğalı altındadır. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Bütün əsas beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini birmənalı şəkildə dəstəkləyirlər. Onların arasında, əlbəttə ki, BMT-ni xüsusilə qeyd etmək istərdim. BMT-nin həm Baş Məclisi, həm də Təhlükəsizlik Şurası dəfələrlə qətnamələr qəbul etmişlər. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir. Bu qətnamələrdə açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılmalıdır. Əfsuslar olsun ki, bu günə qədər bu qətnamələr icra edilmir.

Digər beynəlxalq təşkilatlar - İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası, ATƏT, Qoşulmama Hərəkatı oxşar qərar və qətnamələr qəbul etmişlər. Qoşulmama Hərəkatının qətnaməsini xüsusilə qeyd etmək istərdim. Çünki biz Qoşulmama Hərəkatına yeni üzv olmuşuq. Yəni, Qoşulmama Hərəkatı bizi bir neçə il bundan əvvəl öz ailəsinə qəbul edib və buna görə Sizə minnətdaram. Qoşulmama Hərəkatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə birmənalı mövqe göstərir və münaqişənin ölkəmizin ərazi bütövlüyü əsasında həllini tələb edir.

Söz düşmüşkən, bu yaxınlarda - sentyabr ayında Venesuelada Qoşulmama Hərəkatının zirvə görüşünün uğurla keçirilməsi münasibətilə Sizi təbrik etmək istəyirəm. Azərbaycan da bu tədbirdə fəal iştirak edib. Biz bu təşkilatdakı fəaliyyətimizə xüsusi önəm veririk.

Biz bu gün ticarət əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi apardıq. Qərara gəldik ki, müvafiq qurumlar hər iki ölkənin ixrac imkanlarını öyrənsin və ticarət dövriyyəsinin artırılması üçün əlavə tədbirlər görülsün. Venesuelada istehsal və ixrac olunan bəzi malları biz idxal edə bilərik. Həmçinin bizim istehsal etdiyimiz mallar Venesuelaya ixrac edilə bilər. Beləliklə, biz qarşılıqlı ticarətə də dəstəyimizi vermiş olarıq.

Biz sərmayə qoyuluşu ilə bağlı həm İstanbulda, həm də bu gün fikir mübadiləsi apardıq. Burada da çox gözəl imkanlar var. Sadəcə olaraq, bizim biznes qurumlarımız müəyyən dərəcədə məlumatsızdırlar. Yəni, nə Azərbaycanın, nə də Venesuelanın iş adamları geniş bilgilərə malik deyillər ki, bizim ölkələrdə hansı imkanlar var, hansı işi görə bilərlər. Bu boşluğu aradan götürmək üçün, əlbəttə, ticarət missiyalarının qarşılıqlı səfərləri də çox müsbət rol oynaya bilər.

Bu gün biz cənab Prezidentlə çox geniş və səmimi şəkildə dünyanın enerji bazarında mövcud olan vəziyyəti müzakirə və təhlil etdik. Mən Prezident Maduronun bu sahədə gördüyü işləri, göstərdiyi səyləri yüksək qiymətləndirirəm. Prezident Maduro regiona səfər edir. Bu turda neft hasil edən bir neçə ölkəyə səfər edəcəkdir. Birinci ölkə isə Azərbaycandır. Mən cənab Prezidentə dedim və eyni zamanda, Azərbaycan ictimaiyyəti bunu bilir. Mən bu yaxınlarda rəsmi qaydada bildirdim ki, dünyanın neft bazarının tənzimlənməsi, sabitləşdirilməsi və neftin qiymətinin qalxması üçün Azərbaycan öz neft hasilatını və ixracını artırmayacağını birtərəfli qaydada bəyan edir. Bu, çox məsuliyyətli bir mövqedir. Bir daha demək istəyirəm ki, biz bunu birtərəfli qaydada elan edirik. Hesab edirik ki, digər neft ölkələri bu yanaşmaya dəstək verəcəklər və onlar da öz növbəsində oxşar addımlar atacaqlar. Biz neft bazarını ancaq bu təqdirdə sabitləşdirə bilərik. Neftlə zəngin olan ölkələr artıq öz təbii resurslarına görə ədalətli qiyməti də alacaqlar.

Əlbəttə, burada ölkələrarası koordinasiya işlərinə gərək bütün ölkələr çox diqqətlə yanaşsınlar, xüsusilə OPEC ölkələri və müstəqil hasilatçılar. OPEC-ə üzv olmayan ölkələr burada çox səmimi, açıq əməkdaşlıq etməlidirlər, birgə düzgün qərarlar qəbul olunmalıdır və qərarların icrası ilə bağlı çox güclü nəzarət mexanizmi işlənməlidir. Əgər bu, olarsa, əminəm ki, yaxın gələcəkdə neftin qiyməti lazımi səviyyəyə qalxmalıdır. O səviyyəyə ki, həm hasilatçı ölkələri, neft kompaniyalarını, eyni zamanda, istehlakçı ölkələri də qane etsin. Yəni, burada balans olmalıdır. Bu gün bu balans pozulub və neftlə zəngin ölkələr böyük əziyyət çəkirlər. Bu, ədalətsizlikdir və bu balans bərpa edilməlidir. Əminəm ki, belə olarsa, hər kəs ancaq mənfəət götürə və burada maraqlar balansı da təmin edilə bilər. Çünki artıq 2 ilə yaxındır ki, dünya bazarlarına neft ixrac edən ölkələr böyük itkilərlə üzləşiblər. O ölkələrin, o cümlədən Azərbaycanın gəlirləri azalır və bu, ədalətli deyil. Bu ədalət bərpa edilməlidir. Mən bu münasibətlə Prezident Maduronun bu xüsusi missiyasını bir daha qeyd etmək istəyirəm. Prezident Maduro çox böyük səylər göstərir ki, OPEC və qeyri-OPEC hasilatçılarını bu ədalətin bərpa edilməsinə inandırsın. Mən bu missiyaya uğurlar arzulayıram. Azərbaycan artıq öz sözünü deyib. Siz bizə istinad edə bilərsiniz ki, artıq Azərbaycan bu öhdəliyi öz üzərinə götürüb və gözləyirik ki, digər ölkələr də oxşar addımlar atsınlar.

Bir daha qeyd etməliyəm ki, bu səfərin çox böyük əhəmiyyəti var. Bu gün Venesuela-Azərbaycan əlaqələrinin tarixində yeni səhifə açılır. Biz diplomatik əlaqələri 21 il bundan əvvəl qurmuşuq. Ancaq əlaqələrimizin fəal dövrü bu ildən başlayır. Əminəm ki, qarşılıqlı maraqlara, bir-birinə hörmətə əsaslanan bu əlaqələr yaxşı inkişaf edəcək, xalqlarımız bir-birinə daha yaxın olacaq və ölkələrimiz beynəlxalq arenalarda da həmişə bir-birinə dəstək verəcəklər.

Cənab Prezident, xoş gəlmisiniz, bir daha Sizə uğurlar arzulayıram.

Venesuela Prezidenti Nikolas Maduronun

bəyanatı

-Hörmətli cənab Prezident.

Azərbaycan Hökumətinin nazirləri.

İqtisadi məsələlər üzrə vitse-prezident.

Suverenlik, təhlükəsizlik və siyasi məsələlər üzrə xanım vitse-prezident, səfir.

Biz dünən axşam 15 saatlıq uçuşdan sonra gəlmişik. Amma bu yol bizə uzaq görünmədi.

İyirmi birinci əsr davam etdikcə biz bir-birimizə get-gedə daha da yaxınlaşırıq. Bu ana qədər hörmətə və dostluğa əsaslanaraq nümayəndə heyətimizi çox səmimiyyətlə qarşıladınız. Bu cür səmimi qəbula görə Sizə olduqca minnətdarıq, cənab Prezident.

Bakıda gəzintiyə çıxdıq. Əfsanəvi Xəzər dənizi çox gözəldir. Şəhər çox möhtəşəmdir. Azərbaycan xalqının qəhrəman şəhidlərinin xatirəsini yad etdik. Siz Vətən üçün həyatından keçmiş oğul və qızlarınızın adını uca tutursunuz, dəyərlərinizə sadiqsiniz. Biz bunun şahidi olduq. Simon Bolivarın, Prezident Çavesin irsinə bağlı insanlar kimi, biz ölkənizə vurulduq, səmimi qəbula görə təşəkkür edirik.

Prezidentlə çox maraqlı və əhatəli müzakirələrimiz oldu. Qoşulmama Hərəkatında tərəfdaşıq. Üç ildən sonra - 2019-cu ildə yenidən buraya, Azərbaycana səfər edəcəyik. Əlbəttə, həmin vaxta qədər çox səfərlərimiz olacaq. Lakin 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının Sammiti keçiriləcək. Şəhərin gözəlliyini nəzərə alaraq, bilirik ki, bu Zirvə görüşü çox uğurlu olacaq. Marqarita adasında keçirilmiş toplantıda Qoşulmama Hərəkatı daxilində daha fəal olmaq, yeni əlaqələr, yəni, ölkələrimiz arasında mədəniyyət, humanitar, iqtisadi sahələrdə əsl dərin münasibətlər qurmaq qərarına gəlmişik.

Hazırda ölkəmiz üç illik müddət ərzində təşkilatın sədridir. Azərbaycan isə 2019-2022-ci illərdə təşkilatın sədri olacaq. Buna görə də həmrəyliyin qurulmasında ümumi məsuliyyət daşıyırıq. Biz dünyanın inkişaf edən ölkələriyik. İyirmi birinci əsr bizim əsrimizdir. Bu əsr ərzində mədəniyyətlərimiz, dəyərlərimiz, sülh və inkişaf şəraitində yaşamaq arzumuz hamıya məlum olacaq. 500 il ərzində bir-birimizi tanımamışıq. Lakin bundan sonra bir-birimizi tanıyacağıq. Bakı və Karakas, inkişaf edən iki dövlətimiz inkişafda olan digər ölkələrlə yanaşı, bəyan etmək istəyirik ki, biz xalqlarımız üçün sülh və rifah arzu edirik. Məhz bu məqsəd üçün çalışırıq. Xalqlarımızın xoşbəxtliyi üçün əlaqələr qururuq. İqtisadi sahədə bir sıra tədbirlərin görülməsi ilə bağlı razılığa gəldik. İqtisadi məsələlər üzrə vitse-prezident buradadır. Yaxın vaxtlarda xarici ticarət və sərmayələr naziri Xesus Farias ticari münasibətlərin stimullaşdırılması, təmasların qurulması və məlumat mübadiləsi istiqamətində zəruri addımların atılması üçün Bakıya səfər edəcək.

Bizim iki güclü neft şirkətimiz iqtisadi, maliyyə, texnoloji, ticari və praktiki mübadilələr üçün yaxın vaxtlarda əməkdaşlığa başlayacaq. Prezident Əliyev bildirmişdir ki, Azərbaycan neftinin 95 faizi dənizdə hasil olunur. Bu, Venesuela üçün lazım olan zəngin təcrübədir. Texniki mütəxəssislərimiz təkmilləşə, dövlətlərimiz və şirkətlərimiz arasında enerji sahəsində münasibətlər daha da dərinləşə bilər.

Eyni zamanda, İstanbulda qeyd etdiyimiz kimi, biz kənd təsərrüfatı sahəsində irəliləyiş əldə edə bilərik. Mən Pablo Peres Alfonsoya istinad etmək istərdim. Həmin müdrik adam OPEC-in yaradıcılarından biridir. İyirminci əsrin əvvəlində o, belə bir nəticəyə gəldi ki, neft bəla da gətirir və Venesuelada iqtisadiyyatımızın şaxələndirilməsinin qarşısını alır. XIX əsrin sonunda - XX əsrin əvvəllərində Venesuelada bu cür sistem quruldu. Ölkə 1922-1970-ci illər ərzində çox böyük həcmdə neft hasil və ixrac edirdi. Bakı isə həmin vaxt Hitleri məğlub etmək məqsədilə Sovet Ordusunu neft ilə təmin edirdi. Biz isə Amerika və Avropanın birləşmiş silahlı qüvvələrinə Avropa cəbhəsində neft verirdik. Bu faktı biz yaxın zamanlarda müəyyən etmişik. Venesuelada həmin zaman “neft gəlirlərinə” əsaslanan sistem qurulmuşdu. Lakin həmin sistem artıq çoxdan çöküb. Bu səbəbdən biz iqtisadiyyatımızın şaxələndirilməsi üçün yeni inkişaf sahələrini müəyyən etdik. Bu, böyük səylər, texnologiyalar tələb edir. Neft hasil edən ölkə olaraq, mən iqtisadiyyatlarımızın şaxələndirilməsində təcrübə mübadiləsi vasitəsilə bu səylərin birgə göstərilməsini Prezidentə təklif etdim.

Biz, həmçinin OPEC və qeyri-OPEC ölkələri arasında razılaşma haqqında danışdıq. Bu razılaşmanın əldə olunmasına, yekun sazişin imzalanmasına çox yaxınıq. Bu, neft bazarında sabitliyin bərqərar olunması mərhələsi, real qiymətin qurulması üçün elan edilə bilər. İstanbulda da Prezident bildirdi ki, neft sənayesi üçün dünyada ədalətli və real qiymətlər olmalıdır. Son iki ildə dünyanın neft sərmayələri üzrə rəsmi statistikası ilə tanış olmuşuq. Son 45 illik müddəti götürsək, axırıncı 22 ay ərzində neftin ən aşağı qiymətlərini müşahidə etdik. Proses 2014-cü ilin oktyabrından başladı. Həmin vaxt neft sərmayəsi dünya miqyasında 700 milyarddan 520 milyarda düşmüşdü. Qarşımızda duran sual ondan ibarətdir ki, bir barrelin 20-30 dollara olması dünya iqtisadiyyatı və sabitliyi üçün məqbuldurmu? Neft sektorunda sərmayələr artıq kifayət deyil. Halbuki, bəzi illərdə neftin qiyməti 150 dollar təşkil edib. Bu, düzgün deyil. Nail olmağa çalışdığımız razılaşma OPEC ilə qeyri-OPEC ölkələri arasında siyasi iradə tələb edir. Azərbaycanı da buraya aid etmək olar. Biz həmin sazişə çox yaxınıq. Çox nikbin baxıram ki, bu razılaşma lap yaxın vaxtlarda əldə olunacaq və elan ediləcək. Bu, sabitlik və sərmayələr, gəlirlər və rifah, sabit hasilat və neftin qiymətinin yeni düstur dövrünə yol açacaq. Bu, OPEC və qeyri-OPEC ölkələri arasındakı razılaşmaya söykənəcək. Bir sözlə, Azərbaycandan başladığımız bu səfər çox uğurlu olacaq. Mən Prezidentə verdiyi məsləhətə, rəyə və nümayiş etdirdiyi iradəyə görə bir daha minnətdaram. Ümid edirəm ki, gələn günlər ərzində səfərimizi uğurla davam etdirəcəyik. Əməkdaşlığımız nəinki Qoşulmama Hərəkatı daxilində, o cümlədən dünyada sülhün bərqərar olunması naminə davam edəcək.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi məsələlərində iradəmizə, dəstəyimizə hər zaman arxalana bilər. Biz bir çox dünya ölkələrinin dəstəyi ilə Təhlükəsizlik Şurasına üzv seçilmişik. Təhlükəsizlik Şurasının daxilində əlimizdən gələni edəcəyik ki, beynəlxalq hüquq tətbiq olunsun. Azərbaycan öz milli maraqlarının qorunmasında çox aydın fəaliyyət göstərib. Venesuela Sizin yeni, etibarlı dostunuzdur. Cənab Prezident, Venesuela xalqının, dövlətinin, vətənimiz Bolivarın adından bir daha bildirirəm ki, bizə arxalana bilərsiniz. Biz dostuq. Bir-birimizə etibar edirik. Dövlətlərimizin rifahını və dünyada sülhü təmin etmək əzmindəyik.

Çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev və Prezident Nikolas Maduro mətbuata bəyanatlarla çıxış ediblər [YENİLƏNİB] VİDEO

Güclü zəlzələ Kolumbiyada dağıntılara səbəb olub, ölənlər və yaralananlar var

DTX: Beynəlxalq kibercinayətkar şəbəkələrin ölkəmizə qarşı qanunsuz əməllərinin qarşısı alınır

Nijnekamska PUA hücumu nəticəsində Özbəkistanın 7 vətəndaşı həlak olub

Londonda 8 milyon funt sterlinqdən çox dəyəri olan avtomobillər müsadirə edilib

Azərbaycanın ticarət dövriyyəsinin həcmi açıqlanıb

Çəltik sahələrinin dövlət dəstəyi ilə sığortalanması avqustun 20-dək davam edəcək

Naxçıvanda ictimai nəqliyyatda istifadə olunacaq kartların satışı hansı ünvanlarda həyata keçiriləcək?

Yeddi ayda dövlət büdcəsinin gəlirləri 23,6 milyard manata çatıb

Bakı Qara dəniz-Xəzər regionunda nəqliyyat dəhlizlərinin gələcəyinə dair beynəlxalq foruma ev sahibliyi edəcək

Şahbuzda yol qəzası olub, 1 nəfər ölüb

“Qəbələ” İslandiya klubunun müdafiəçisini transfer edib

"Sabah"ın futbolçusu: Ümid edirəm ki, mərhələni keçən tərəf biz olacağıq VİDEO

"Sabah"ın futbolçusu: Ümid edirəm ki, mərhələni keçən tərəf biz olacağıq VİDEO

Yaşı 18-dək olan şəxslər üçün əmək münasibətləri sahəsində hansı güzəşt və təminatlar var?

Valdas Dambrauskas: Sabah tarix yazıb Azərbaycan xalqını sevindirmək istəyirik VİDEO

Valdas Dambrauskas: Sabah tarix yazıb Azərbaycan xalqını sevindirmək istəyirik VİDEO

Politoloq: Azərbaycanın təşəbbüsləri Orta Dəhlizin və TRIPP layihəsinin reallaşması üçün mühüm zəmin yaradıb

Ekologiya və təbii sərvətlər naziri İsmayıllıda vətəndaşların müraciətlərini dinləyib

Əlilliyi olan gənclərin peşə hazırlığı üzrə növbəti qiymətləndirilməsi təşkil edilib

İngiltərədə şirkət quran azərbaycanlı: Texnologiyanın əvəz etdiyi kadr yox, onu idarə edən mütəxəssis olun

Yeddi ayda sahibkarlara 1191 lisenziya verilib

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 9 ixtisas üzrə kadr hazırlığı aparılır

Azərbaycanda daha bir aqropark yaradılıb

Daha bir onlayn mərc şəbəkəsi ifşa edilib VİDEO

Daha bir onlayn mərc şəbəkəsi ifşa edilib VİDEO

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə başlanılır

Çexiyada işsizlik 4,4 faizə yüksəlib

HTP çərçivəsində Çində təhsil alacaq tələbə: Azərbaycana mütəxəssis kimi qayıtmağı planlaşdırıram

Azərbaycanda frilans anlayışının qanunvericilikdə təsbit olunması rəqəmsal iqtisadiyyata əlavə dəyər yaradacaq - Ekspert VİDEO

İqtisadiyyata kredit qoyuluşları 12 faizdən çox artıb

Kubanıçbek Ömüralıyev: TDT ölkələri ilə Yaponiya arasında sıx əməkdaşlıq üçün potensial var

Kubanıçbek Ömüralıyev: TDT ölkələri ilə Yaponiya arasında sıx əməkdaşlıq üçün potensial var

Natəvanın şair qohumları ədəbi mühitə hansı töhfələri verib?

Elektrik skuterləri xəsarət riski baxımından üç dəfə daha təhlükəlidir – Araşdırma

Yeddi ayda Bakı Limanında 72 min TEU-dan çox konteyner aşırılıb

Alimlər 37 dərəcəlik istiyə davam gətirən tetanus və difteriya peyvəndi hazırlayıblar

Sənaye sektorunda 38,9 milyard manatlıq məhsul istehsal edilib

Paytaxtda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Fiziki şəxslərin banklardakı əmanətləri 15,5 faiz artıb

UEFA-nın azərbaycanlı nümayəndəsi Gürcüstan klubunun stadionu ilə tanış olub

Almaniyada hava limanlarında dronlara qarşı müdafiənin gücləndirilməsi aktuallaşıb

Prezident İlham Əliyevin sülh strategiyası və Cənubi Qafqazda yeni geosiyasi mərhələ RƏY

Balaxanı neftçiləri və FHN əməkdaşları yanğından mühafizə üzrə birgə profilaktik seminarlar keçirirlər

Azərbaycan güləşçiləri Buxarestdə 5 medal qazanıblar

Azərbaycanda ilk dəfə “AVAZ” Gənclərin Xor Düşərgəsi təşkil edilib

Yeddi ayda Azərbaycanda nəqliyyat və rabitə xidmətləri üzrə istehsalın dəyəri artıb

Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO

Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO

Rəsədxana: Avqustun 11-12-də zəif geomaqnit qasırğası gözlənilir

AI bumu fonunda retrokompüterlərə maraq artır

Siyasi şərhçi: Qırğızıstanla münasibətlərin möhkəmlənməsində ortaq mədəni irs mühüm rol oynayır

Kənd təsərrüfatı məhsullarının istehsalı 2,8 faiz artıb

Xaçmazın kəndlərində divarlara məzmunu bəlli olmayan yazılar həkk edilib - Polis araşdırma aparır VİDEO

Xaçmazın kəndlərində divarlara məzmunu bəlli olmayan yazılar həkk edilib - Polis araşdırma aparır VİDEO

Lerik-Lənkəran sərhədində zəlzələ olub

Tranzit yükdaşımalarda rekord: son 5 ilin ən yüksək göstəricisi qeydə alınıb

Turizm eksperti: Hindistan və Mərkəzi Asiyadan gələn turistlərin sayında artım diqqət çəkir

Vaşinqton razılaşmalarından sonrakı bir il Azərbaycanın strateji cəhətdən haqlı olduğunu təsdiqlədi - İtaliya eksperti

Azərbaycanı U-19 Avropa çempionatında 13 boksçu təmsil edəcək

Azərbaycanın strateji valyuta ehtiyatları 12 faizdən çox artıb

Azərbaycan Almaniyaya qaz ixracını artıra bilər - ŞƏRH

Umur Tuğay Yücel: TRIPP Azərbaycanın və Türkiyənin Avrasiyada tranzit-logistika əhəmiyyətini artıracaq

Metyu Brayza: Azərbaycan-Ermənistan münasibətlərindəki vəziyyəti ən yaxşı Prezident İlham Əliyev özü ifadə edib -  ŞƏRH  VİDEO

Metyu Brayza: Azərbaycan-Ermənistan münasibətlərindəki vəziyyəti ən yaxşı Prezident İlham Əliyev özü ifadə edib - ŞƏRH VİDEO

Siyasi şərhçi: TRIPP Qafqazın geostrateji arxitekturasına təsir göstərə biləcək təşəbbüsdür

Əhalinin gəlirləri 10 faizədək artıb

Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38,3 milyard manatlıq məhsul satılıb

Lökbatanda dənizdə batan iki nəfərin meyiti tapılıb

“Araz-Naxçıvan” sol cinahını bosniyalı müdafiəçi ilə gücləndirdi

BMU-da bakalavriat səviyyəsində elektron diplomların imzalanması başa çatdırılıb

BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır

Göyçayda virus aşkarlanan meyvə bağlarında mübarizə tədbirləri görülüb

“Soydaşlarımız və Qarabağ” layihəsi çərçivəsində hazırlanan kitab Marneulidə ictimaiyyətə təqdim edilib

Bakıda yağış yağacaq

Şəfəq Mehrəliyeva: Azərbaycan dilinin qorunmasında media mühüm rol oynayır VİDEO

Şəfəq Mehrəliyeva: Azərbaycan dilinin qorunmasında media mühüm rol oynayır VİDEO

Əsas kapitala investisiya qoyuluşu 11 faizədək artıb

AZAL Naxçıvan istiqamətində artan mövsümi tələbatla bağlı sərnişinlərə müraciət edib

Azərbaycanda orta aylıq əməkhaqqı 7 faiz artıb

Naxçıvanda vergi daxilolmaları 3,8 faiz artıb

Şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr edilən turnirin qalibləri müəyyənləşib VİDEO

Şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr edilən turnirin qalibləri müəyyənləşib VİDEO

bp: Şahdəniz Kompressiya layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 18 faizdən çox artıb

Vəli Qasımov: “Neftçi”, “Qarabağ” və “Sabah” çempionluğun əsas favoritləridir

Azərbaycanın xarici dövlət borcu azalıb

UNEC tələbəsi robototexnika üzrə dünya çempionu olub

Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraiti avqustun 14-dək davam edəcək – XƏBƏRDARLIQ

Yeddi ayda Azərbaycanda 76,8 milyard manatlıq ÜDM istehsal olunub

İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb

BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə

Azərbaycan Türkiyədə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ən çox müraciət edən ölkələr arasındadır

“Rəqəmsal memarlıq təsvirləri və sənədləşdirmə üsulları” mövzusunda təlimlərə yekun vurulub

NBA klubu liqanın ən qısa və ən ucaboy oyunçularını transfer edib

Şuşanın Qarabağ küçəsi: Otuz illik həsrətdən sonra doğma ocağa qayıdış

Türkiyədəki qədim Aspendos şəhərində təqribən 2400 yaşı olan güləşçinin məzarı tapılıb

Naxçıvanda 700 ev təsərrüfatında büdcə tədqiqatı aparılır

Mədəniyyət naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək

Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb

Britaniya mediası: Təqribən 230 miqrantı daşıyan kiçik qayıq La-Manşdan keçib

Ordubaddakı “Ərbabın iş yeri” adlı binanın bərpasının gələn ilin sonunadək yekunlaşdırılması planlaşdırılır VİDEO

Ordubaddakı “Ərbabın iş yeri” adlı binanın bərpasının gələn ilin sonunadək yekunlaşdırılması planlaşdırılır VİDEO

Dövlət Proqramının prioritet istiqamətləri üzrə fermerlərin maarifləndirilməsi davam etdirilir

Balakəndə arıçıların problemlərinin həlli istiqamətində mümkün alternativlər qiymətləndirilir

Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir

İtaliya alimləri Günəş tutulması zamanı onun tacını müşahidə edəcək cihaz hazırlayıblar

Bu il məişət zorakılığından zərər çəkmiş 41 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

“Abituriyent” jurnalının 4-cü nömrəsi nəşr olunub

Rəssamlıq Akademiyasında tələbələrin yaradıcılıq işlərinin kommersiyalaşdırılması üzrə iş aparılır

ANAMA: Ötən həftə 1581 hektar ərazi mina və partlamamış digər hərbi sursatdan təmizlənib