PREZİDENT SARAYINDA RƏSMİ QARŞILANMA MƏRASİMİ
Sarayın rəsmi qarşılanma mərasimlərinin keçirildiyi həyətində fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verdi.
Azərbaycan dövlətinin başçısı İlham Əliyev Pakistan Prezidenti Pərviz Müşərrəfi böyük hörmət və səmimiyyətlə qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Pakistan dövlətinin başçısına raport verdi.
Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında Pakistanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Prezidentlər İlham Əliyev və Pərviz Müşərrəf fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Pakistan Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Pakistan Prezidenti Pərviz Müşərrəfə, Pakistan nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olundu.