Prezident: Siyasət və həyat çox oxşardır, çünki siyasət insanlar tərəfindən yürüdülür
Bakı, 18 yanvar, AZƏRTAC
Siyasət və həyat çox oxşardır, çünki siyasət insanlar tərəfindən yürüdülür.
AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində səsləndirib.
Dövlətimizin başçısı müxbirin müvafiq sualına cavab verərkən buna daha bir misal olaraq Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi səylərini göstərib.
“Azərbaycan artıq dördüncü ildir ki, Qoşulmama Hərəkatına sədrlik edir. Biz yekdilliklə seçilmişik və bizim sədrliyimiz yekdilliklə daha bir il müddətinə, bu ilin sonuna kimi uzadılıb. Bu müddət ərzində biz həqiqətən də nümayiş etdirdik ki, bu hərəkatın səsinin eşidilməyini istəyirik, biz bu hərəkatın dünya arenasında öz yerini tutmağını istəyirik”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:28]
“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [14:54]
Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır
- 30.09.2026 [13:38]