PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Dekabrın 24-də Gürcüstan Prezidenti Mixail Saakaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Gürcüstan Prezidenti dövlətimizin başçısını ad günü münasibətilə təbrik etmiş, Azərbaycan xalqının inkişafı və tərəqqisi naminə fəaliyyətində uğurlar və cansağlığı arzulamışdır.
Azərbaycan Prezidenti təbriklərə görə minnətdarlığını bildirmişdir.
Gürcüstan və Azərbaycan prezidentləri ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən pazılıq hissi ifadə etmiş, əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əmin olduqlarını vurğulamışlar.