PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Rusiya Prezidenti dövlətimizin başçısını ad günü münasibətilə təbrik etmiş, ona Azərbaycan xalqının rifahı naminə fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulamışdır.
Prezident İlham Əliyev göstərdiyi diqqətə və təbriklərə görə Rusiya Prezidentinə minnətdarlığını bildirmişdir.
Hər iki Prezident Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etməsindən məmnunluqlarını ifadə etmiş, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını vurğulamışlar.
Telefon söhbəti zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilmişdir.