PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Türkiyə Prezidenti dövlətimizin başçısını keçmiş ad günü və qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik etmiş, dost və qardaş Azərbaycan xalqının firavanlığı naminə fəaliyyətində uğurlar və cansağlığı arzulamışdır.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirmiş və Prezident Əhməd Necdət Sezərə qarşıdan gələn Yeni il bayramı münasibətilə təbriklərini çatdırmışdır.
Azərbaycan və Türkiyə prezidentləri ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün sahələrdə daim inkişaf etdiyini vurğulayaraq, əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə etmişlər.
Telefon söhbəti zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilmişdir.