RƏSMİ XRONİKA
PREZİDENTLƏRİN BİRGƏ MƏTBUAT KONFRANSI
![PREZİDENTLƏRİN BİRGƏ MƏTBUAT KONFRANSI](/files/2008/2/1200x630/14864540175908238908_1200x630.jpg)
![](/media/newsimages/2008/May/file1212069267763.jpg)
Dövlət başçıları əvvəlcə jurnalistlər qarşısında bəyanatlarla çıxış etdilər.
Finlandiya Prezidenti xanım Tarya Halonen Azərbaycan Prezidentini və nümayəndə heyətini bir daha salamlayaraq, keçirilən görüşlərdə ölkələrimiz arasında əlaqələrin dərinləşdirilməsi və genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması, ətraf mühitin qorunması məsələlərinin müzakirə olunduğunu bildirdi. O, Azərbaycan iş adamlarını Finlandiyada görmək istəyini də söylədi.
Azərbaycan Prezidenti İlham Əliyev onu rəsmi səfərə dəvət etdiyinə və Azərbaycan nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə Finlandiya Prezidentinə təşəkkür etdi, ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdiyini və Finlandiya ilə iqtisadi əməkdaşlığın yüksək səviyyəyə qaldırılmasının vacibliyini vurğuladı. Azərbaycanda iqtisadiyyatın sürətlə inkişaf etdiyini bildirən dövlətimizin başçısı ölkəmizdə həyata keçirilən müxtəlif layihələrdən də söhbət açdı. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxundu, ölkəmizin ərazisinin 20 faizinin işğal olunduğunu, etnik təmizləmə siyasəti nəticəsində 1 milyon azərbaycanlının öz doğma yurd-yuvasından zorla çıxarıldığını bildirdi.
Sonra dövlət başçıları jurnalistlərin suallarına cavab verdilər.
######