Azərbaycan Dövlət İnformasiya Agentliyi

Professor: Yazılı abidələrin tədqiqi və nəşri şöbəsində çoxşaxəli tədqiqatlar aparılır

Professor: Yazılı abidələrin tədqiqi və nəşri şöbəsində çoxşaxəli tədqiqatlar aparılır

Bakı, 17 iyun, AZƏRTAC

Yazılı abidələrin tədqiqi və nəşri şöbəsi 1958-ci ildən başlayaraq AMEA-nın Şərqşünaslıq İnstitutunun tərkibində fəaliyyət göstərir. Bu müddət ərzində yüzlərlə əlyazmaların tekstoloji və filoloji tədqiqatları aparılıb, Şərqin məşhur alim və mütəfəkkir, filosof, filoloq, şair və yazıçılarının əsərləri çap olunub. Şöbənin tədqiqat işi ənənəvi olaraq geniş Yaxın və Orta Şərq arealını əhatə etsə də, son illərdə Azərbaycan alimlərinin maraq dairəsinə yeni regionlar, o cümlədən Mərkəzi Asiya, Pakistan, İsrail və digər ölkələr daxil olur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Mehdi Kazımov söyləyib. Professor bildirib ki, şöbənin fəaliyyəti əsasən iki istiqamətə yönəlib. Bu, orta əsrlər əlyazma mirasının öyrənilməsi və tərcümə işidir. Son dövrlərdə Əbu Bəkr əl-Qütbi əl-Əhərinin “Tarix-e şeyx Üveys”, Həmdullah Qəzvininin “Zeyl-e tarix-e qozide”, Zeyn əd-dinin “Zeyl-e tarix-e qozide”, Farabinin “Kitab fi ara əhl əl-mədinətül-fadilə”, Qəzalinin “Mihhak ən-nəzər”, İmadəddin İsfahaninin “Xəridətül-qəsr”, Əlaəddin Çələbinin “Kitab-e tac-e ədəb”, Əhməd Nədimin “Divan”ı və s. tarixi, fəlsəfi, ədəbi əsərlər araşdırılaraq çap olunub. Bununla belə, Əbu Bəkr əl-Əhəri, Zeyn əd-din, Həmdullah Qəzvini, əs-Səalibi, Əlaəddin Çələbinin əlyazma əsəsrləri bəzən nadir nüsxələrdə qorunur və ilk dəfə elmi dairələrə təqdim edilir.

Geniş ictimaiyyətə məlum olmayan müəlliflərin əsərləri ilə yanaşı, şöbənin mütəxəssisləri Əmir Xosrov Dəhləvi, Abdullah Hatifi, Əbdürrəhman Cami, Kəlim Kaşani, Şəhabəddin Söhrəvərdi, Farabi və s. kimi görkəmli şəxsiyyətlərin əsərləri ilə də məşğul olurlar. Bu baxımdan Nizami Gəncəvi ilə bağlı olan tədqiqatları qeyd etmək lazımdır. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizaminin yaradıcılıq irsi Azərbaycan elmi üçün həmişə aktual mövzu olub. XX əsrin II yarısında və sonrakı illərdə şöbədə Nizami “Xəmsə”sinin tənqidi mətnləri və tərcümələri hazırlanıb, 2021-ci ildə isə şairin 880 illiyi ilə bağlı “Nizaminin “Xəmsə”si və farsdilli ədəbiyyat” adlı ingilis dilində monoqrafiya, həmçinin Camali Təbrizi, Abdullah Hatifi və digər Nizami ardıcıllarının əsərləri və onların yaradıcılığı haqqında kitablar çap olunub.

Alim vurğulayıb ki, elmi fəaliyyətin müstəqil istiqaməti orta əsrlər sufi ədəbiyyatının öyrənilməsi və tərcüməsidir. Fars dilindən Məhəmməd bin Münəvvərin “Əsrarüt-tövhid”, Nəcməddin Razinin “Mirsadül-ibad”, Fəxrəddin İraqinin “Ləməat”, Abdullah Ənsarinin “Minacat”, Fəridəddin Əttarın “Təzkirətül-övliya”, həmçinin Şəhabəddin Söhrəvirdinin yeddi əsəri kimi bütöv fundamental əsərlər silsiləsi tərcümə olunub. İlk dəfə şöbədə yəhudi Bibliyası “Tanax” ibri dilindən akademik səviyyədə tərcümə olunmuş və şərhlərlə çap edilib.

“Mənbəşünas alimlər orta əsr Azərbaycan şairi, alimi, mütəfəkkirlərinin əsərlərinin öyrənilməsi və tərcüməsinə böyük diqqət ayırırlar. Bəzi müəlliflərin yaradıcılığı haqqında hətta orta əsr mənbələrində çox az məlumat mövcuddur və onların əsərləri yalnız yeganə əlyazma nüsxələrində saxlanılır. Məsələn, ilk dəfə Londonun “İndia Offis” kitabxanasında qorunan “Xəmsə”nin yeganə əlyazması əsasında XIV-XV əsr şairi Camali Təbrizi haqqında monoqrafiya çap olunub, müntəzəm olaraq əsas Əşrəf Marağayi, Saib Təbrizi, Bədr Şirvani və başqa Azərbaycan şairlərinin yaradıcılığı öyrənilir. Bundan əlavə, İbn Kəsirin “əl-Bidayə vən-nihayə”, Səalibinin “Yətimətüd-dəhr”, Xondəmirin “Həbibüs-siyər”, İmadəddin İsfahaninin “Nüsrətül-fətra” kimi tarixi, fəlsəfi əsərlərdə, eləcə də antalogiyalarda Azərbaycan və onun şairləri haqqında məlumatlar sanki zərrə-zərrə toplanılır. Göründüyü kimi şöbə çoxşaxəli iş aparır və geniş sahələrdə çalışan mütəxəssislərə, eləcə də Şərq problemləri ilə maraqlanan oxuculara müxtəlif dillərdə yazılmış orta əsr mənbələrindən istifadə etmək imkanı yaradır”, - deyə Mehdi Kazımov bildirib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi

Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

Dövlət orqanlarında 9 vakant inzibati vəzifə üzrə daxili müsahibə elan olunub

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər - ŞƏRH

Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb

Qalib Liderin Vaşinqton missiyası: regional təhlükəsizliyin və TRIPP layihəsinin gələcəyi ŞƏRH

DVX: Vergi bəyannamələri və onlayn kassalarla bağlı texniki çətinliklər qısa müddətdə həll olunacaq

Fransada növbəti prezident seçkisində iştirak edəcək namizədlərə çağırış olunub

Prezident İlham Əliyevin həyata keçirdiyi strateji nəqliyyat siyasəti Orta Dəhlizin qlobal əhəmiyyətini daha da artırıb - ŞƏRH