Putin: Belarus ərazisinə nüvə silahlarının yerləşdirilməsi ilin sonunadək başa çatacaq
Moskva, 16 iyun, AZƏRTAC
Nüvə silahından yalnız Rusiya dövlətinə təhlükə yaranacağı təqdirdə istifadə olunacaq.
AZƏRTAC xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında nüvə silahının tətbiqi barədə suala cavabında belə deyib.
O bildirib ki, nüvə silahından istifadə nəzəri cəhətdən mümkündür. Rusiya üçün bu imkan ölkənin ərazi bütövlüyünə və müstəqilliyinə təhlükə olan təqdirdə yaranır. “İndi bizim buna ehtiyacımız yoxdur”, - deyə V.Putin vurğulayıb.
Putin qeyd edib ki, Rusiyanın taktiki nüvə silahı NATO-dan daha çoxdur. Onun sözlərinə görə, NATO Rusiyanı bu silahların azaldılmasına dair danışıqlara cəlb edir. Lakin Rusiya danışıqlara getmir: “Çünki bu, bizim rəqabət üstünlüyümüzdür”.
V.Putin əlavə edib ki, Rusiya taktiki nüvə silahının bir hissəsini Belarus ərazisinə köçürüb. “İlk nüvə silahları Belarus ərazisinə gətirilib. Ancaq birinci hissə. İlin sonunadək bu iş başa çatdırılacaq”, - deyə Rusiya Prezidenti bildirib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]
Pskov hava limanında uçuşlar dayandırılıb
- 09.06.2026 [12:25]