Putin MDB-də milli valyutalarla hesablaşmaları genişləndirməyə çağırıb
Bakı, 13 oktyabr, AZƏRTAC
MDB ölkələri xarici təsirlərdən asılı olmamaq üçün milli valyutalarla hesablaşmalardan daha geniş istifadə etməlidir.
AZƏRTAC xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu barədə MDB sammitində çıxışı zamanı deyib.
“Biz ticarət əməliyyatlarının və investisiya axınının daha da artırılması üçün xarici təsirlərdən asılı olmayan dayanıqlı maliyyə infrastrukturunun qurulmasını, həmçinin qarşılıqlı hesablaşmalarda milli valyutaların daha geniş istifadəni mühüm alət hesab edirik”, - deyə o bildirib.
Rusiyanın dövlət başçısı nəqliyyatı əməkdaşlığın digər mühüm sahəsi adlandırıb. “Dünən Azərbaycan Prezidenti İlham Əliyevlə planlarımız, o cümlədən dəmiryol şəbəkəsinin və avtomobil yollarının inkişafı barədə ətraflı müzakirə apardıq”, - deyə Vladimir Putin əlavə edib. Onun sözlərinə görə, bu layihələr təkcə regional deyil, həm də beynəlxalq əhəmiyyətə malikdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]