QAÇAQMALÇI MƏQSƏDİNƏ ÇATA BİLMƏDİ
AZƏRTAC-ın verdiyi xəbərə görə, biləsuvarlı Anar Məmmədovun ünvanına İranın Biləsuvar şəhərindəki "Bazarqani Davər Hamidi" şirkəti tərəfindən göndərilən kafel, mərmər və plastik kütlədən hazırlanmış mətbəx qablarından ibarət yük gömrükxanada yoxlanarkən karton qutuda 2 min 550 ədəd motosiklet mühərrikinin elektrik açarı aşkarlanmışdır. Ələkbər Aslaninin idarə etdiyi "Volvo" markalı avtomobilin gizli saxlanc yerində gizlədilmiş və bəyannamədə göstərilməyən həmin yük müsadirə edilmişdir.