Qadın voleybol komandaları arasında keçirilən Super Liqa yarışlarına yekun vurulmuşdur
Bakı, 7 may (AZƏRTAC). Mayın 7-də qadın voleybol komandaları arasında Super Liqa yarışları “Dördlər finalı”nın sonuncu turunun oyunları keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Bakı İdman Sarayında əvvəlcə “İqtisadçı” klubu “Lokomotiv”i qəbul etmişdir. Qarşılıqlı hücumlar şəraitində keçən oyun “İqtisadçı”nın 3:1 (20:25, 25:22, 26:24, 25:22) hesablı qələbəsi ilə başa çatmışdır.
Növbəti oyun “Rabitə” və “Azərreyl” komandaları arasında keçirilmişdir. Səkkizinci turda çempionluğunu təmin etmiş “Rabitə” bu oyunda rəqibinə 3:2 (15:25, 21:25, 25:23, 25:22, 15:9) hesabı ilə qalib gəlmişdir.
Turnir cədvəlində 16 xalla ilk pillədə qərarlaşan “Rabitə” Super Liqa yarışlarının qalibi olmuşdur. “Azərreyl” gümüş, “İqtisadçı” isə bürünc medala sahib olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [17:57]
Fransa Futbol Federasiyası İnfantinonu dəstəkləməkdən imtina edib
- 09.09.2026 [15:53]
Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib
- 09.09.2026 [15:22]
“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
- 09.09.2026 [14:19]