Qadın voleybolçular arasında ölkə çempionatında yeni mövsümə start verilib
Bakı, 14 oktyabr, AZƏRTAC
Qadın voleybolçular arasında Azərbaycan çempionatında yeni mövsümə start verilib.
AZƏRTAC xəbər verir ki, Yüksək Liqanın açılış oyunu “Gəncə” və “Azərreyl” komandaları arasında baş tutub. Gəncə İdman Sarayında təşkil olunan qarşılaşmanın qalibi tay-brekdə müəyyənləşib. Matç son çempion “Azərreyl”in 3:2 hesablı qələbəsi ilə bitib.
Turun növbəti oyunu oktyabrın 15-də UNEC və “Milli Aviasiya Akademiyası” komandaları arasında keçiriləcək. I turun “DH Volley” - “Abşeron” və “Gənclər” - “Murov Az Terminal” qarşılaşmaları Azərbaycan Voleybol Federasiyasına ünvanlanmış müvafiq müraciətlərə əsasən təxirə salınıb. Bu oyunların keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, reqlamentə görə, çempionat iki mərhələdən ibarət olacaq - liqa (ilkin) mərhələsi və pley-off. Liqa mərhələsi dairəvi sistem üzrə, ev-səfər prinsipi ilə bir dövrədə keçiriləcək. Nəticələrə əsasən, 8 komanda pley-off mərhələsinə vəsiqə qazanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:30]
Serbiyanın idman naziri Azərbaycana gəlib
- 08.06.2026 [18:28]
Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm
- 08.06.2026 [18:06]
“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib
- 08.06.2026 [18:03]
Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq
- 08.06.2026 [17:31]
“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq
- 08.06.2026 [17:15]
Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir
- 08.06.2026 [15:45]