Azərbaycan Dövlət İnformasiya Agentliyi

QADIN XOŞBƏXTLİYİN TƏMİNATÇISIDIR

Sentyabrın 26-da Azərbaycan qadınlarının III qurultayı keçiriləcəkdir. Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qurultay ərəfəsində AZƏRTAC-a müsahibə vermişdir. Komitə sədri demişdir:

-Ölkəmizdə dövlət qadın siyasətinin əsaslarının yaradılması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimiz Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə qadınlarla bağlı məsələlərə xüsusi diqqət vermiş, onların həyatımızın bütün sahələrində irəli çəkilməsini vacib hesab etmişdir. 1998-ci il yanvarın 14-də dahi Heydər Əliyevin Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması Azərbaycan qadınlarının həyatında mühüm bir hadisəyə çevrildi. Bu, ölkədə qadın problemlərinin həllini dövlət səviyyəsində həyata keçirən vahid bir qurum olaraq ailələrə yaxın bir dəstəyə çevrildi. Dövlət başçısının 2006-cı il 6 fevral tarixli Fərmanı ilə yaradılmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətə başlaması isə ölkədə müvafiq sahələr üzrə problemlərin həlli üçün zəmin yaratdı. Respublikada ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi üzrə milli mexanizm olan Komitə bütün fəaliyyəti ilə hər şeydən əvvəl ölkə qadınlarının ictimai və siyasi fəallığına dəstək olmağa çalışır. Biz qadın və kişilərin qərar qəbuletmədə bərabər iştirakı məsələsinə xüsusi diqqət yetiririk. Azərbaycan hökuməti qadın və kişilərin ictimai və siyasi qərar qəbuletmədə balanslaşdırılmış iştirakını təmin etmək və beynəlxalq hüquqi sənədlərdən irəli gələn öhdəlikləri daha yaxşı yerınə yetirmək üçün müvafiq tədbirlər həyata keçirir.

Bu gün Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva şəxsi nümunəsi və çoxşaxəli ictimai fəaliyyəti ilə cəmiyyətdə yüksək nüfuz qazanmışdır. Mehriban xanım Əliyeva işinin çox olmasına baxmayaraq, fəaliyyətinin əsas hissəsini qadın və uşaqların problemlərinin həllinə, eyni zamanda, milli mədəni sərvətlərimizin qorunmasına yönəldir. Qaçqın və məcburi köçkün ailələrinin uşaqlarına, xüsusi yardıma və qayğıya ehtiyacı olan əlil və xəstə uşaqlara ayrıca diqqət yetirir, onların problemlərinin həllinə kömək edir. Mehriban xanımın çoxşaxəli fəaliyyəti qadınlarımızı ölkənin ictimai-siyasi həyatında daha fəal olmağa ruhlandırır.

Demokratik cəmiyyətin əsas qurucuları olan qadınlar, əlbəttə ki, ilk növbədə özlərinin əsas vəzifələrini - analıq missiyalarını yerinə yetirməyə üstünlük versələr də, ictimai və siyasi həyatımızda da əhəmiyyətli mövqe tuturlar. Biz Azərbaycan Prezidentinin 2000-ci il 6 mart tarixli “Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanının icrası ilə əlaqədar nazirliklərdən və digər dövlət qurumlarından alınmış məlumatları sistemləşdirmişik. Bölgələrlə əlaqələrin gücləndirilməsi məqsədi ilə bütün nazirlik və komitələrə, o cümlədən dövlət agentlikləri və şirkətlərinə sorğu göndərilmişdir. 2006-cı il 10 oktyabr tarixli “ Gender (qadın və kişilərin) bərabərliyinin təminatları haqqında” Qanuna və Avropa Şurasının tövsiyələrinə əsasən gender bərabərliyinin təmin olunması Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Bu sahədə işlərin səmərəli təşkili məqsədi ilə nazirlik və digər dövlət qurumlarında qadın problemləri üzrə məsul şəxslərdən ibarət Əlaqələndirici Şura yaradılmışdır. Komitəmiz ailələr, qadınlar və uşaqlarla bağlı dövlət siyasətini həyata keçirən bir qurum olaraq ailələrin rifahının daha da yüksəldilməsi, qadınların ictimai-siyasi fəallığının artırılması və uşaqların hüquqlarının təmin edilməsi sahəsində ardıcıl və məqsədyönlü iş aparır.

-Azərbaycanda ailə, qadın və uşaqlarla bağlı həllini gözləyən məsələ qalmaqdadır. Ötən müddətdə hansı problemləri aradan qaldırmağa müvəffəq olmusunuz?

-Ölkəmizdə əhalinin həyat səviyyəsinin gündən-günə yüksəlməsinə baxmayaraq, həllini gözləyən problemlərimiz vardır: məişət zorakılığı, təhsildən yayınma, erkən nikahlar, narkomaniya, QİÇS, ekoloji problemlər, uşaq əlilliyi və s. Məlum olduğu kimi, Qarabağ münaqişəsi, keçid dövrünün çətinlikləri cəmiyyətimizə xas olmayan bir sıra mənfi halların meydana çıxmasına səbəb olmuşdur. Qaçqın və məcburi köçkün ailələrinin mövcudluğu, insanların öz hüquqlarını bilməməsi, yaranmış yeni şəraitə çətin uyğunlaşması kimi problemlər də elə bu səbəbdən yaranır. Buna görə də son illər bu istiqamətdə problemlərin dövlət səviyyəsində aradan qaldırılması üçün önəmli addımlar atılır. Əhalinin həyat səviyyəsinin, vətəndaşların sosial durumunun yüksəlməsi bu prosesə ciddi təkan verir. Dövlət Komitəsi olaraq bizim əsas vəzifəmiz problemlərin həllində insanlara kömək etmək, onlara düzgün yol göstərməkdən ibarətdir. Deməliyəm ki, Komitənin rəhbər işçiləri, ekspertlərimiz tez-tez bölgələrdə olur, toplantılar keçirir, əhalinin problemləri ilə yerlərdə yaxından tanış olurlar. Biz ailələri narahat edən məsələləri yerindəcə öyrənib imkan daxilində vaxtında həll etməyə çalışırıq.

-Sabah Azərbaycan qadınlarının III qurultayı keçiriləcək. Qurultay Azərbaycanda qadın hərəkatının inkişafında yeni mərhələ olmaqla, qadınlarımıza hansı töhfələri verəcəkdir?

-Bu gün qadınlarımızın öz potensiallarından tam istifadə etmələri üçün hər cür imkanları vardır. Dünən olduğu kimi, bu gün də Azərbaycanın şanlı tarixini yazanlar arasında fəxr etdiyimiz, varlığından qürur duyduğumuz qadınlar çoxdur. Onlar daha yüksək fəallıqları ilə seçilir, ailə dəyərlərini qoruyub saxlamaqla seçdikləri sahədə də uğurlar qazanırlar. Çalışdıqları təşkilatlarda yüksək bacarıq, peşəkarlıq və istedad göstərərək ictimai-siyasi həyat səviyyəmizin daha da yüksəlməsi üçün əllərindən gələni edirlər. Builki qurultayqabağı toplantıların əvvəlkilərdən fərqi o idi ki, ayrı-ayrı sahələrdə çalışan qadınlar (hüquqşünas, sahibkar, yaradıcı qadınlar və qeyri-hökumət qadın təşkilatlarının nümayəndələri) öz konfranslarını keçirdilər. Burada qadınlar onların daha səmərəli fəaliyyət göstərmələri üçün geniş imkanlar yaradılmasının vacib olduğunu xüsusilə vurğuladılar.

Azərbaycan qadın hərəkatı tarixində yeni bir mərhələ olan bu qurultay ötən 5 il ərzində gördüyümüz işlərin təhlilini verməklə, gələcək fəaliyyətimizi əhatə edən qərarlar qəbul edəcəkdir.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zelenskinin ABŞ Prezidenti ilə görüşəcəyi gözlənilir

Dünya çempionatı: Norveç qələbə qazanıb

Avropa Parlamenti aviareyslərdə pulsuz əl yükü ilə bağlı yeni qaydaları dəstəkləyib

Mbappe Fransa millisinin tarixində ən çox qol vuran futbolçu olub

Ordubadda 538 abonentin təbii qaz təchizatı dayandırılıb

Vens: ABŞ-İran razılaşması İsrail, Livan və Körfəz ölkələrini də əhatə edəcək

Fransa dünya çempionatında Seneqalı məğlub edib

Mbappe dünya çempionatlarında vurduğu qolların sayına görə Peleni geridə qoyub

Pekin Böyük Britaniyadan Çin şirkətlərinə qarşı sanksiyaların ləğvini tələb edib

CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib

İran İsraili Livanda atəşkəsi pozmağı dayandırmayacağı təqdirdə, sərt cavab verəcəyi ilə hədələyib

Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq

FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq –  EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək

Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub

Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib

Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik

Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur -  EKSKLÜZİV VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Azərbaycan və Əlcəzair iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib

Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub

“Qarabağ” növbəti transferini gerçəkləşdirib

Bu saata olan əsas xəbərlər

Azərbaycanda ilk dəfə olaraq istixana üzrə ixtisaslaşmış aqroparkın yaradılması nəzərdə tutulur

Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək

Tovuzda 22 yaşlı oğlan çayda batıb

Sahib Paşazadə Özbəkistan Dövlət Konservatoriyasında Dövlət İmtahan Komissiyasına sədrlik edib

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib

Ekspertiza İssık-Kul gölündə Formula 1 yarışlarının keçirilməsinin təhlükəsiz olduğunu təsdiqləyib

“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Böyük Britaniya ilə Aİ arasında ikinci sammitin keçiriləcəyi tarix məlum olub

Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir

Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib

Nazir: Nigeriya halal iqtisadiyyatı çərçivəsində dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək niyyətindədir

Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Energetik içkilər adi sərinləşdirici içkilər deyil: İstehlakçılar nələrə diqqət etməlidirlər?

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Şahzadə Corc illik təhsil haqqı 63 min funt sterlinq olan Eton Kollecində oxuyacaq

Milli Süni İntellekt Mərkəzi ölkə gənclərinin süni intellekt savadlılığının artırılmasını dəstəkləyir

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Sərginin kuratoru: Ortaq sənət növlərimiz Azərbaycan-Türkiyə qardaşlığının mühüm təzahürüdür

İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq

Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib

Vens: Körfəz ərəb ölkələri İranla sülh planına Yaxın Şərqdə yeni dövrün başlanğıcı kimi baxır

ABŞ Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaları bərpa etməyi planlaşdırır

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj

“Masdar”: Azərbaycan xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevrilib

Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb

Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb

İşğal dövründə Azərbaycanın mədəni və dini irsi sistemli vandalizmə məruz qalıb

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Məhkəmə Ekspertizası Mərkəzi ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir

Milli Məclisin komissiyası: Fransanın Azərbaycana qarşı özündə hibrid təhdidləri ehtiva edən fəaliyyətləri davam edir

Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub

Orxan Məmmədov: Bakıda forumda qurulan əlaqələr gələcəkdə qlobal halal ekosisteminin inkişafına töhfə verəcək

Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək

Baş icraçı direktor: Yaxın illərdə qlobal halal istehlak bazarının 6 trilyon dollara çatacağı proqnozlaşdırılır

Birol Akgün: Türkiyə ilə Azərbaycan mədəni və mənəvi dəyərlər baxımından bir-birinə çox yaxındır

MODON: Səudiyyə Ərəbistanının müəssisələr üçün dəstək mexanizmləri investisiyaların cəlb olunmasına xidmət edir

“Dar Al Halal Group”: İslam maliyyəsinin əsas xüsusiyyətlərindən biri onun faizsiz maliyyələşdirmə prinsiplərinə əsaslanmasıdır

İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan veriblər

Oksford Universitetində keçirilən beynəlxalq liderlik təlimində ADPU təmsil olunub

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Xalid Xələfulla: İİB halal iqtisadiyyatı dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm platforma hesab edir

Gökhan Seyhan: Təsviri sənət və miniatür hər iki ölkənin zəngin mədəni irsini əks etdirir

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

“Masdar”: Azərbaycanın yaşıl enerji sahəsində uğurunun əsasında dövlətin qətiyyətli mövqeyi dayanır

SOCAR-ın vitse-prezidenti: Regional enerji bazarlarının inteqrasiyası vacibdir

Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY

Mosaedah Al-Drees: Halal iqtisadiyyatın inkişafı yeni istehsal sahələrinin yaradılmasına şərait yaradır

Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb

“Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər Milli Məclisin iclasına tövsiyə olunub

CECECO: Azərbaycan regional enerji əməkdaşlığının gücləndirilməsində aparıcı rol oynayır

“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi təşkil olunub

BMU-dan abituriyentlər üçün yeni fürsət: prioritet sahələr üzrə 3 ikili diplom proqramı

Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir

“ACWA Power”: Enerji sektorunda ölkələr üçün vahid model yoxdur

Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib

Azərbaycan Turizm Bürosu “WiT Phocuswright Middle East” tədbirində iştirak edib