Qadınlar arasında voleybol üzrə Avropa çempionatı: Azərbaycan millisi finalın bir addımlığında
Bakı, 30 sentyabr, AZƏRTAC
Sentyabrın 30-da qadın voleybolçular arasında Avropa çempionatında yarımfinal mərhələsinin oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Bakıda, Milli Gimnastika Arenasında keçiriləcək ilk qarşılaşmada meydana Azərbaycan və Niderland voleybolçuları çıxacaqlar. Oyun saat 18:00-da başlayacaq.
Yarımfinal mərhələsinin digər matçı saat 20:30-da start götürəcək. Türkiyə yığması güclü Serbiya kollektivi ilə finala vəsiqə uğrunda yarışacaq.
Xatırladaq ki, dörddəbir final mərhələsinin sentyabrın 29-da keçirilmiş oyunlarında Azərbaycan voleybolçuları Almaniya təmsilçilərinə, Türkiyə millisi isə Rusiya yığmasına 3:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəliblər. Dörddəbir final mərhələsinin ilk günündə isə Niderland millisi İtaliyanı, Serbiya kollektivi isə Belarus kollektivini mübarizədən kənarlaşdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]
Azərbaycanın akrobatika gimnastları dünya çempionu olublar – YENİLƏNİB
- 26.09.2026 [20:21]