Qadınlardan ibarət 3x3 basketbol millimiz yarımfinalda çıxış edəcək
Bakı, 18 iyun, AZƏRTAC
3x3 basketbol üzrə Avropa Kubokunun seçmə mərhələsində sonuncu qrup oyununu keçirən qadın millimiz İrlandiya yığmasına 16-10 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, kişilərdən ibarət komandamız isə qrupun ikinci oyununda yerli Kipr seçməsinə 22-11 hesabı ilə məğlub olub.
Kişilərdən ibarət komandamız bu gün Bakı vaxtı ilə saat 12:15-də qrupda sonuncu oyununu Lüksemburq yığmasına qarşı keçirəcək.
Qadınların yarımfinal görüşləri isə Bakı vaxtı ilə saat 16:40-dan start götürəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]
Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
- 30.09.2026 [09:55]
® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır
- 30.09.2026 [09:34]