ELM VƏ TƏHSİL
QAFQAZ UNİVERSİTETİNDƏ MUSTAFA KAMAL ATATÜRKÜN XATİRƏSİ ANILMIŞDIR
Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səslənmişdir.
Universitetin rektoru, professor Əhməd Sanic ulu öndər Atatürkün keçdiyi şərəfli ömür yolundan, onun Türkiyə Cümhuriyyətinin qurulmasındakı tarixi xidmətlərindən danışmışdır.
Sonra Azərbaycanda Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Türkiyənin ölkəmizdəki səfirinin müşaviri Erkan Özoral və digər natiqlər çətin məqamlarda Türkiyə dövlətinin yadelli qəsbkarlardan qorunub saxlanmasında və möhkəmlənməsində, Turkiyə-Azərbaycan əlaqələrinin genişlənməsində Mustafa Kamal Atatürkün əvəzsiz rolunu tarixi faktlarla diqqətə çatdırmış, onun keçdiyi həyat yolunun nəsillərə örnək olduğunu bildirmişlər.
Vurğulanmışdır ki, ulu öndərlər Heydər Əliyevin və Atatürkün siyasi irsləri daha dərindən araşdırılmalı, tədqiq və təbliğ edilməlidir.
Tədbirdə Mustafa Kamal Atatürkün həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən film də göstərilmişdir.