QAFQAZDA BİOMÜXTƏLİFLİYİN QORUNMASI ÜÇÜN REGİONAL ŞURA YARADILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Dünya Təbiəti Mühafizə Fondunun Qafqaz Proqramının ölkəmizdəki nümayəndəliyinin dekabrın 26-da Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi tədbirdə şuranın fəaliyyəti barədə məlumat verilmişdir. Bildirilmişdir ki, indiyədək şuranın 3 iclası keçirilmiş, 20 illik fəalliyət proqramı hazırlanmışdır.
Şuranın oktyabrda Tbilisidə keçirilmiş 3-cü iclasında ölkəmizi təmsil edən nümayəndə heyətinin üzvləri Azərbaycanın Ermənistanın işğalı altında olan torpaqlarında qoruq və yasaqlıqların, meşələrin vəhşicəsinə məhv edilməsindən danışmışlar. İşğal olunmuş Zəngilan rayonu ərazisindəki “Bəsitçay” qoruğunda çinar ağaclarının kəsilərək, emal üçün İrana göndərildiyi də iclas iştirakçılarının diqqətinə çatdırılmışdır. Həmin qoruqda monitorinqin aparılması ilə bağlı Azərbaycan tərəfinin təklifi, ermənilərin etirazlarına baxmayaraq, qəbul olunmuşdur. Yaxın vaxtlarda məsələ ilə əlaqədar qərar qəbul ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]